
"Advanced Functional Materials" verdiyi məlumatda bildirilir ki, üzərində çoxsaylı kiçik iynələr massivi olan "plastır" bədəndəki gərəkli yerə qoyulur. Mikroiynələr dərinin yuxarı təbəqəsini astaca deşir, uclarındakı dərmanı tədricən qan dövranına qarışdırırlar. Sonra isə miniatür şprislər dəri üçün tam təhlükəsiz halda əriyir.
İpək mikroiynələrin daha bir üstünlüyü var. Hazırda istifadə edilən mikroskopik iynələr adətən plastikdən hazırlanır. Həmin iynələrin içindəki dərman isə inyeksiyaya qədər parçalana bilər.
Yeni mikroiynələrin hər birinin uzunluğu 500 mikrometr, ucunun diametri isə 10 mikrometrdir. Alüminium formanın üzərinə polidimetilsiloksan elastomeri yayılır, sonra alüminium forma götürülür və onun yerinə dərmanla qarışdırılmış ipək tökülür.
/Milli.Az/