Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Ana və Uşaq: Respublikanın baş pediatrı anaları diqqətli olmağa çağırdı
| 15 Dekabr 2011

Respublikanın baş pediatrı anaları diqqətli olmağa çağırdı Əksər analar üçün qaçılmaz məqamlardan biri də uşağın iştahasızlığıdır.
Müəyyən müddətə qədər uşaq ananın verdiyi hər bir yeməyi həvəslə yeyir. Birdən o, hətta sevdiyi yeməkdən belə imtina etməyə başlayır.
Uşağınızın səhhəti barədə nəticə çıxarmağa tələsməyin. İştahanın təsadüfi və davamlı olmayan müddətə azalmasını çox da narahatlıqla qəbul etməyin. Uşaq hər hansı bir kəskin xəstəliyə tutulan zaman iştahası müvəqqəti olaraq azalır. Bu zaman ona verilən yeməyi zorla, axıra qədər yeməsini təkid etmək məsləhət deyil. Uşağa daha çox meyvə, tərəvəz, su, müxtəlif şirələr (xüsusilə yüksək hərarət zamanı) və daha yüngül, yarımduru yeməklər vermək məsləhətdir.
Daimi olan iştahasızlıq çox pis göstəricidir. Yanaşı olaraq, uşaq tez-tez xəstələnirsə və inkişafına görə də yaşıdlarından geri qalırsa, bu, daha da təhlükəli bir haldır. Belə halda mütləq həkimə müraciət etmək lazımdır.
Bununla bağlı mütəxəssis rəyi almaq üçün Respublika Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevlə əlaqə saxladıq. Həkimin sözlərinə görə, iştahasızlıq heç də yüngül məsələ deyil: "İnsan ac qaldığı təqdirdə onun orqanizmində ağır fəsadlar yarana bilər. Bir də görürsən ki, bir qrup insan başlayır aclıq aksiyası keçirməyə, bu, birbaşa canına qəsd deməkdir. Uşaqlardakı iştahasızlığa gəldikdə isə bu, böyük problemdir. Bu məsələdə valideynlər diqqətli olmalıdırlar. Çünki adətən pis qidalanmanın arxasında ciddi problemlər durur. Sətəlcəm, onkoloji xəstəliklər zamanı, ürək qüsuru olanda da uşaqlar yeməkdən imtina edə bilirlər. Odur ki, bu tip simptomlar yarandıqda mütləq mütəxəssisə müraciət edilməlidir. Diaqnoz qoyulduqdan sonra isə xəstəliyə qarşı müvafiq müalicə işi aparılmalıdır".
N. Quliyev bildirdi ki, uşaq 1 yaşınaqədər çəkisini 3 dəfə artıraraq orta hesabla 10 kiloqrama çatdırmalıdır.

Bəs, əziz oxucularımız, uşağın iştahasını necə yaxşılaşdırmaq olar? Hər şeydən əvvəl bütün yaş dövrlərində olan uşaqların gündəlik rejimini qaydaya salmaq lazımdır. Uşaq tez-tez təmiz havaya çıxarılmalı, hərəkətdə olmalıdır. Zəifləmiş uşaqlar daha çox istirahət etməlidirlər. Onlar erkən yatmalı, səhərlər daha gec oyanmalıdırlar. Günorta mütləq yatmalıdırlar. Heç bir halda, yeməkdən 1-2 saat qabaq uşağa şirniyyat, şirələr, qazlı içkilər vermək olmaz. Uşaqlarda iştahanın pis olmasının səbəbi, əksər hallarda qida rejiminin pozulmasıdır. Əksər hallarda uşaqlara həddən artıq yağlı, şirin qidalar verilir. Bu zaman onların növbəti qidalanmaya qədər acıması ləngimiş olur. Əvvəl yediyi qidanı həzm etmək və aclıq hiss etməsi üçün uşağa bir qədər vaxt vermək lazımdır. Heç bir halda uşağın başını qataraq və onu əyləndirərək yedizdirməyə çalışmayın. Bu, iştahanın uzun müddətli itirilməsinə səbəb ola bilər. Çünki yemək zamanı uşağın fikri bütünlüklə oyuncaqlara, kitablara, nağıllara, qohumlar tərəfindən qurulmuş "sirk" tamaşalarına yönəlir. Bu zaman həzm şirələrinin ifrazı kəskin şəkildə ləngiyir və nəticədə qidanın həzm edilməsi də pisləşir. Bundan başqa, yemək zamanı uşaqlar üçün multiplikasiya filmlərinə baxmağa şərait yaratmaq, yemək yeyəcəkləri halda onlara hədiyyələr vəd etmək, daha böyük uşaqlara isə yeyərkən kitab oxumağa icazə vermək olmaz. Digər tərəfdən, uşagı zorla yedizdirmək, yemədiyi üçün onu danlamaq, üstünə qışqırmaq da olmaz! Bütün bunların nəticəsində sonda valideynlər yalnız bir şeyi əldə edirlər - uşaqda istənilən qidaya nifrət hissi yaranır.

Yeməyin uşağa hansı şəkildə təqdim olunması da çox vacib məsələdir. Yemək masasını uşaqla birgə hazırlayın. Əvvəl uşağa az miqdarda yemək çəkin ki, gözü qorxmasın. Yalnız özü istədiyi halda ona əlavə yemək verin. Çoxçeşidli yeməklər hazırlayın. Eyni yeməyi gün ərzində təkrar verməyin. Yadda saxlayın: qida qatı və kalorili olmalıdır. Çörəyi, sıyığı, supu az miqdarda verə bilərsiniz, amma balıq, ət, kəsmik, yumurtanın normal miqdarda yeyilməsinə fikir verin. Uşaq mütəmadi olaraq normadan az həcmdə yeyirsə, onu daha tez-tez, gündə 5-6 dəfə yedizdirin. Amma yedizdirmələr arasındakı müddət çox qısa olmamalıdır (təxminən 3,5 saat, südlü qidadan sonra isə 3 saat).

Ən vacib olan daha bir şey də var. Uşaq yemək masası arxasına sakit, yaxşı əhvali-ruhiyyə ilə, istirahət etmiş, kefi pozulmamış və qıcıqlanmamış vəziyyətdə əyləşməlidir. Nahar və şam yeməyindən qabaq heç bir səs-küylü, qıcıqlandırıcı oyunlara imkan vermək olmaz. Onlar həzm şirəsinin ifrazını xeyli dərəcədə ləngidir. Uşaq maraqlı oyun oynayarkən qəflətən oyunu dayandırıb onu yeməyə vadar etmək olmaz. Bu onun xoşuna gəlməyəcək, sonda uşaq inadkarlıq edərək yeməkdən tamamilə imtina edəcək. Yeməyə təxminən 15-20 dəqiqə qalmış uşağı hər hansı bir vasitə ilə (əllərini yu, masanı açmağa kömək et və s) qida qəbulu prosesinə hazırlaşdırın. Ona yeməyi tərifləyərək bəzi xoşagələn sözlər də deyə bilərsiniz: məsələn, bu gün ana və ya nənə çox dadlı yemək bişirib, kotlet bu gün çox gözəl görünür, ləzzətli qoxusu var. Əgər uşaq yenə də yeməyə qarşı neqativ fikirdədirsə, yemək vaxtını 15-20 dəqiqə təxirə salın. Oyununu və ya işini başa çatdırmasına imkan verin. Bir müddət sonra isə onu yenidən masaya dəvət edin. Yeməyi axıradək yeyibsə, uşağı mütləq tərifləmək lazımdır. Bəzi uşaqlar səhərlər pis yeyirlər. Onları yuxudan oyadan kimi yedizdirməyin. Birlikdə səhər idmanı etsəniz, yuyunsanız, oynasanız, uşağın iştahası bərpa olunacaq.

Pis yediyi üçün uşağın yanında həyəcanınızı göstərməyin. Onun iştahasızlığı, pis yeməsi barədə narahat olduğunuzu ona bildirməyin. Uşaqlar belə şeylərə tez alışır. Sonra ərköyünlük edir, yeməkdən imtina edir, oz istəyinə nail olmaq üçün hər cür şıltaqlığa əl atırlar.
Əziz valideynlər, unutmayın ki, yalnız həkimlə məsləhətləşdikdən sonra iştahası pis olan uşağa xüsusi iştahgətirici preparatlar, C vitamini, kompleks vitaminlər vermək olar.

/Xezerxeber.Com/

Reytinq:
 (səs sayı: 0)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 812 dəfə

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

11.04.2012
Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

10.04.2012
Hörümçək zəhəri xərçəngdən xilas edə bilər

09.04.2012
Azərbaycanda ilk dəfə iki orqanın eyni vaxtda transplantasiyası həyata keçirilib

«    Dekabr 2011    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.