
Tərkibində şəkər olmayan saqqız çeynəmək insanların arıqlamasına kömək edir. ABŞ in Rod Aylend Universitetinin professoru Ketlin Melanson apardığı tədqiqatdan sonra bu nəticəyə gəlib.
Tədqiqatda 35 qadın və kişi iştirak edib. Onlar gündə 2 dəfə acqarına laboratoriyaya gəlmək tapşırılıb.
Onlar səhər yeməyindən 20 dəqiqə əvvəl və nahardan 3 saat əvvəl 2 dəfə saqqız çeynəyiblər.
Laboratoriya əməkdaşları tədqiqata cəlb edilən şəxslərin qanında qlükozanı, metabolizm proseslərini yeməkdən əvvəl və sonra ölçüblər.