
Alimlər son illərdə gənclər arasında dəb halına gələn pirsinqlərin (bədənin müxtəlif yerlərinə deşilərək sırğaların taxılması - red.) dilə yerləşdirilməsi halında, ön dişlərin arasında məsafələr (diastemalar) yarandığını müəyyənləşdiriblər.
Buffalo Universitetinin alimləri, sözü gedən sırğaların dişlərə sürtməsindən müxtəlif çətinliklərin və ayrıca olaraq infeksiyanın yarandığını söyləyiblər.
"Clinical Orthodontics adlı tibb jurnalında nəşr olunan araşdırmada, mütəxəssislər bu bəzəklərdən imtina edilməsini təklif edirlər.