Diş əti çəkilməsi (atrofik gingivitis) klinik olaraq iki formada görünür: 1. Yerli (lokal) diş əti çəkilməsi – bu bir və ya bir neçə dişi əhatə edir. Ağızdakı digər dişlərin ətrafındakı diş əti normal olur. 2. Ümumi (yayğın) diş əti çəkilməsi - bu formada ağızdakı bütün dişləri əhatə edən diş ətində çəkilmə müşahidə olunur. Hər iki formada da diş əti çəkilməsinin iki əsas səbəbi var:
Maraqli: Başında 3 il bıçaqla gəzən insan əməliyyat olundu
10 sm-lik bıçaq 3 saatlıq əməliyyatla çıxarılıb. Braziliyada 29 yaşlı Edeilson Naskiento adlı kişi 3 il müddətində başındakı bıçaqla həyatda qalmağı bacarıb. Naskientonun başına 10 sm ölçüsündə bıçaq 2007-ci ildə getdiyi barlardan birində baş verən dava zamanı girib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da həkimlər beyinə ziyan vuracaqlarından ehtiyat etdikləri üçün bıçağın sadəcə çöldə qalan hissəsini kəsiblər.
5 yaşlı uşaq 3 mln-dan bir müşahidə edilən xəstəliyə yoluxub. İngiltərədə 3 milyondan bir müşahidə edilən qeyri-adi xəstəlik aşkarlanıb. Beş yaşlı uşaq gündə 14 dəfə dərisini dəyişir.
Annabelle Vhitehous adlı uşaq genetik pozğunluq olan "ıchthyosis" xəstəliyinə düçar olub. Qızın dərisi gündə 14 dəfə öncə qızarır, sonra isə pul-pul olaraq tökülür. Xəstəlik qarşısında çarəsiz qalan valideynlər isə ancaq Annabellanın dərisini kremləyə bilirlər.
Səhiyyə: Azərbaycanda AİDS-ə daha çox narkomanlar yoluxur
BMT baş Assambleyasında minilliyin əsas problemləri sırasında AİDS-in də adı var. Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov BMT Minilliyin İnkişaf Məqsədləri Yüksək Səviyyəli Plenar görüşündə çıxış edərkən ölkənin bu sahədə uğurlar qazandığını bildirib. Bu uğurların nədən ibarət olduğunu öyrənmək üçün Azərbaycan Səhiyyə nazirliyinin AİDS-lə mübarizə mərkəzinin direktoru Həqiqət Qədirovaya müraciət etmişik.
Onun sözlərinə görə, son 3 ildə Azərbaycanda AİDS-ə yoluxanların sayı dəyişmir. Hər il 450 nəfər yeni AİDS-ə yoluxan adam qeydə alınır.
Psixonevrologiya: Dementiya dünyaya hər il 600 milyard dollara başa gəlir
Dementiya - əqli zəiflik xəstəliyinə dair araşdırmalar göstərir ki, bu xəstəliklə bağlı dünya boyunca edilən xərclər bu il 600 milyard dollar həddinə çatacaq.
Dementiya xəstəliyi - əqli funksiyaların pozulmasını əhatə edən bir sıra xəstəliklərin ümumi adıdır. Belə xəstəliklərdən ən geniş yayılanı və ictimaiyyətə məlum olanı Altshaymer xəstəliyidir.
Hesabatın müəllifləri qeyd edirlər ki, bu cür rəqəmi təsəvvürə gətirmək çətindir, ona görə də bunu hiss etmək üçün onlar belə bir müqayisəyə müraciət ediblər - əgər dementiya xəstəliyi ilə bağlı xərcləri şərti olaraq bir ölkəyə bənzətmək mümkün olsaydı, onda belə bir ölkə haradasa Türkiyə ilə İndoneziya arasında dünyanın sayca 18-ci böyük bir ölkəsi yerini tutardı.
Problem qida məhsullarında fosforun səviyyəsinin çox olması üzündən yaranır. Tərkibində fosfor olan əlavələr vurulmuş yarımfabrikatlar, hisə verilmiş ət və “fast-food”lar böyrək xəstəliyinə səbəb olur. ABŞ-ın Mayami Universitetinin alimlərinin sözlərinə görə, problemlər qida məhsullarında fosforun səviyyəsinin çox olması üzündən yaranır.
İstehsalçılar yarımfabrikatların saxlanma müddətini uzatmaq üçün bəzən onlara normadan artıq fosfor qatırlar. Alimlərin sözlərinə görə, əgər qida rasionunda fosforla bol yeməklər çox olarsa, böyrək onu ifraz edə bilmir və fəaliyyətində problem yaranır.
Alimlərin icad etdiyi yeni dərman korlaşmanın qarşısını alacaq. Alimlər yeni göz dərmanı icad ediblər. Bu dərmanın köməyi ilə yaşın artmasıyla əlaqədar olan görmədə zəifləmənin qarşısı alına biləcək. Dərman göz alması damarlarının parlamasının qarşısını alan ilk preparatdır.
Dərmanı hazırlayan şirkətin mütəxəssislərinin sözlərinə görə, 30 yaşından yuxarı hər 200 şəxsdən biri bu xəstəlikdən əziyyət çəkdiyini deyiblər. Ümumilikdə bu xəstəlikdən 200 min insan əziyyət çəkir.
Maraqli: İnsan beyninin yeni müayinəsi xəstəliklərin qarşısını ala bilər
Amerika alimləri hesab edir ki, uşaqların əqli inkişafı onların boyu və çəkisi kimi asanlıqla qeydə alına bilər. Alimlər 5 dəqiqəlik müayinə vasitəsilə uşaqların beynini müşahidə ediblər. Onlar deyir ki, bu üsul gələcəkdə autizm kimi xəstəliklərin aşkara çıxarılması üçün faydalı ola bilər. Araşdırmanın nəticələri Science jurnalında dərc olunub.
Makiyajınızı təmizləmədən yatmayın, çünki dərinin məsamələrində qalan krem və ya pudra dərini yandıra bilər.
* Telefonu üzünüzə heç vaxt çox yaxın tutmayın. Telefonu mümkün qədər dərinizdən uzaq tutun. * Makiyajınızı təmizləmədən yatmayın, çünki dərinin məsamələrində qalan krem və ya pudra dərini yandıra bilər. * Vaxtı keçmiş kosmetik vasitələrdən istifadə etməyin. Eyni zamanda, kosmetik məhsulları barmaq vasitəsi ilə vurmayın. Çünki dəridəki çatlar infeksiyalara, gözdə allergik xəstəliklərə səbəb ola bilər. Rəngi, qoxusu dəyişən kosmetikaları atın. * Saralan dişlər ağızda xoşagəlməz qoxulara, dişlərin çürüməsinə və diş əti xəstəliklərinə yol açır. Buna görə də, dişlərinizi gündə iki dəfə fırçalayın, dişlərinizi təmizləmək üçün keyfiyyətli diş iplərindən istifadə edin.
Səhiyyə: Sentyabrın 22-dən 24-dək Bakıda Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək
Sentyabrın 22-dən 24-dək Bakıda “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə XVI Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək. “İteca Caspian”dan verilən məlumata görə, sərgidə dünyanın 15 ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Ukrayna, Kanada və İtaliyadan 100-dən çox şirkət iştirak edəcək. Sərgidə yerli və xarici iştirakçı şirkətlər ən yeni tibb və laboratoriya avadanlıqları, proqram təminatı, tibbi mebel, sterilizə avadanlıqları və s. təqdim edəcəklər.
“BİHE” sərgisinin debütantları arasında Bavariyanın Milli Qrupu da var. Sözügedən stendin iştirakçıları tərəfindən müasir tibbi avadanlıqlar və texnika, ortopediya məhsulları, dezinfeksiya vasitələri və s. təqdim olunacaq.
Ana və Uşaq: Uşağın yaddaşını doğulduğu andan inkişaf etdirmək lazımdır
Yeni doğulmuş uşaq hələ ana bətnində ikən hər şeyi eşidir və yadda saxlamağı bacarır. O, anasının səsini tez tanıyır, onun ürək döyüntüsünü eşitdikdə sakitləşir. Həyatının birinci ilində uşağın yaddaşı daha məhsuldar olduğundan bu dövrdən yaxşı istifadə olunmalıdır. Belə ki, kiçik şerlər, uşaq mahnıları oxumaqla körpənin söz ehtiyatını zənginləşdirmək lazımdır. 3 aylıq dövründə uşaq əşyaları tanımağa başlayır. Əvvəllər gördüyü əşyaları görmədiklərindən ayırd edə bilir. Amma körpənin gözü önündən itən hər şey onun üçün həmişəlik itgi sayılır. Məsələn, əlindəki oyuncağın döşəməyə düşməsini uşaq həmişəlik yox olmuş kimi qavrayır. Bu hal eynilə anaya da aiddir. Anası ilə birlikdə olanda o, özünü çox xoşbəxt hiss edirsə, ana başqa otağa keçən kimi körpə ağlamağa başlayır.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.