
Həftə sonunda yatıb yuxunu almaq həftə ərzində yuxu qıtlığının fəsadlarını aradan qaldırmır.
159 adamı müayinə etmiş amerikalı alimlər müəyyən ediblər ki, bir gecə 10 saat yatmaqla bir neçə gecə ərzində 4 saatlıq yuxunun əvəzini çıxmaq olmur.
Bu adamların diqqət müddətini və reaksiyalarını yaxşılaşdırmır. Bu barədə məqalə Sleep jurnalında dərc edilib.