
Bakıda daha bir üçəm doğuldu. Üçəmlər Mərkəzi Klinik Xəstəxanada Elnarə və Samir Hüseynovlar ailəsində dünyaya gəliblər. Hüseynovlar 2007-ci ilin aprelində ailə qursalar da, 3 il tale üzlərinə gülməyib. Ötən gün isə onların üç oğul övladları olub.
Uşaqların atası Samir Hüseynov övladlarının hər üçünün oğlan olduğunu əvvəlcədən bilmədiklərini deyir.
USM zamanı uşaqlardan yalnız birinin oğlan olduğunu biliblər. Bu səbəbdən də körpə hələ doğulmamış onun adını Ömər qoyublar. O biri iki körpəyə gəlincə, ata və ana uşaqlara nə ad qoyacaqlarını hələ bilmirlər.