
Havalar bürkülü, isti keçdiyi üçün hamilə qadınlar daha ehtiyatlı davranmalıdırlar. Daim sərin yerlərdə olmaları, dərinin quru qalmamasından ötrü sudan daha çox istifadə etmələri, gün ərzində tez-tez ilıq duş almaları, göbələk xəstəliyinə tutulmamaları üçün pambıq paltarlar geymələri məsləhət görülür.
Temperaturun yüksək olması həddindən artıq tərləməyə, halsızlığa, yorğunluğa, başgicəllənməyə, ürəkbulanmaya, qusmaya, hətta əsəbiliyə səbəb olur.
Hamilə qadınların gündə 8-10 stəkan su içməsi, təzə meyvə şirələri qəbul etməsi vacibdir.