
İnsan bədəninin hər bir işi yerinə yetirmək üçün ideal saatı mövcuddur. Türkiyənin Qaziantəp Universiteti Bədən Tərbiyəsi və İdman Məktəbinin müdiri, həkim Kürşat Karacabey bildirib ki, insanların hansı saatda hansı işi görməli olduqları onların genlərində kodlaşdırılıb.
"Yaradan bütün insanların saatını qurub. Elm adamları gün ərzində insanların hansı saatda hansı işi görməli olduqlarını müəyyən ediblər", deyə K. Karacabey qeyd edib.
Araşdırmalara görə, günün ən yaxşı iş vaxtı saat 09:00-11:00 arası, insanın ən xoşbəxt olduğu vaxt isə saat 15:00-dur.