
ABŞ-da 5 milyonda bir müşahidə edilən hadisə baş verib.
Amerika Birləşmiş Ştatlarında tibb dünyasında olduqca nadir - 5 milyonda bir müşahidə edilən hadisə baş verib. İki bətni olan 24 yaşlı Anqi Kromar 4 günlük fərqlə iki dəfə hamilə qalıb. Hazırda biri 39 günlük, digəri 43 günlük olan uşaqlar ayrı-ayrı tarixlərdə dünyaya gələcəklər. Qadın daha öncə də hamilə qalsa da heç vaxt bu cür vəziyyətlə üzləşmədiyini bildirib.