
Depressiyaya meyilli, həyatından narazı insanların yaşa dolduqca ağlının azalması riski təmkinli insanlara nisbətən yüksəkdir.
Alimlər son 17 ildə 70-80 yaşlı minədək insanın xəstəlik tarixçəsini tədqiq etmişlər. Onların 164-dən kəmağıllıq, 136-da isə Alsheymer xəstəliyi inkişaf etmişdir. Məlum olmuşdur ki, vaxtilə depressiyadan əziyyət çəkən adamlarda kəmağıllıq riski 70% artmışdır.
Depressiyaya meyilli adamların baş beyninin müəyyən hissələrinin iltihabı baş verir ki, bu da beyin qabığında dəyişikliklərə səbəb olur. Nəticədə kəmağıllığın əlamətləri özünü göstərir.