
Həkimlər qadınlara kosmetikadan mümkün qədər az istifadə etmələrini məsləhət görürlər.
Rusiya mətbuatının verdiyi məlumata görə, amerikalı alimlərin araşdırması il ərzində 1 qadının kosmetikadan 2,5 kiloqramadək kimyəvi maddə «udduğunu» müəyyənləşdirib. Araşdırma müəlliflərinin sözlərinə görə, əksər qadınlar 1 gündə orta hesabla 20 müxtəlif kosmetik preparatdan istifadə edir.
Biokimyaçı Riçard Bensin sözlərinə görə, bu preparatlar bir-birinə qarışan zaman insan üçün dəhşətli nəticələr verə bilər.