
Alimlər iflicə yol açan 10 əsas sağlıq problemini aşkar ediblər
Mətbuatda yer alan xəbərə görə, Kanadanın Ontario şəhərində yerşələn Mc Master Universitetində aparılan araşdırmada elm adamları yüksək qan təzyiqi, siqaret çəkmək, artıq çəki, fikizi passivlik, yüksək xolesterol, şəkər xəstəliyi, spirtli içki, stress, depressiya və ürək pozuntularının iflicə yol açdığını ortaya çıxarıblar.
Bu araşdırmanın nəticələri Pekində təşkil edilən dünya kardioloqlarının konqresində də ictimai müzakirəyə təqdim olunub. Araşdırmada iflic olan 3 min adamla iflic olmayan 3 min adam iştirak edib.
İştirakçılara nə qədər idman etdikləri, necə qidalandıqları, siqaretdən istifadə edib etmədikləri kimi həyat tərzi ilə bağlı suallar verilib, və nəticədə siqaret çəkənlərin iflic olma riskinin 2 qat çox olduğu, yanlış qidalanma və depressiyanın 35% riskli olduğu, stresin isə 30% iflic yaratma riskinin olduğu təsdiqlənib. İdman etməyin və aktiv həyat tərzinin iflic riskini 30% azaltdığı da məlum olub.
/Xezer.Tv/