
Genetik olaraq insan 120 il yaşamalı olsa da, ömrümüz əslində çox qısalır. Orta hesabla yaponlar 79 il, yunanlar 78 il, amerikanlar 76 il, türk xalqları 67 il, nigeriyalılar və somalililər isə 47 il yaşayırlar. Beynəlxalq həkim, psixoloq və dietoloq dəstələri birlikdə "10 tələb" işləyib hazırlayıb ki, buna əsasən biz ömrümüzü uzada bilərik.
1-ci tələbHəddindən artıq yeməyin! Adət etdiyiniz 2500 kalori əvəzinə 1500-lə kifayətlənin. Bu yolla siz hüceyrələrinizin işini yüngülləşdirəcək və onların aktivliyini saxlamış olacaqsınız. Hüceyrələr tez-tez yenilənir və orqanizm xəstəliklərə qarşı dözümlü olur. Tarazlaşdırılmış şəkildə qidalanın: nə az, nə də çox yeyin.