1) Pfizer (Wyeth) 70,696 milyon ABŞ dolları 2) Johnson & Johnson 63,747 milyon ABŞ dolları 3) Bayer 48,149 milyon ABŞ dolları 4) Hoffmann–La Roche 43,970 milyon ABŞ dolları 5) Novartis 41,460 milyon ABŞ dolları 6) GlaxoSmithKline 40,424 milyon ABŞ dolları 7) Sanofi-Aventis France 40,328 milyon ABŞ dolları 8) AstraZeneca 3 1,601 milyon ABŞ dolları
Sağlamlıq: Hansı dondurmalarda bağırsaq çöpləri aşkarlandı?
Nazirlik: “AER” şirkətinin istehsal etdiyi keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli dondurmaları almaqdan çəkinin!
Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “AER” şirkətinin istehsalı olan “Belıye noçi” qaymaqlı, “Nağıl” südlü və plastmas qablaşdırmada olan 500 qramlıq plombir dondurmaların təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olmaması ilə əlaqədar müəssisənin anbarında satışı dayandırılmış digər məhsullardan da nümunələr götürülərək, laborator müayinəyə göndərilmişdir.
• Qarabaşaq və düyü yemək; • Yaydan sonra hər gün acqarnına, gündə 3 dəfə olmaqla, bir çay qaşığı bitki yağı içmək; • Həssas və allergik dəriyə sahib insanlar musiqi dinləməli, sayrışan işıqlara baxmalı, dənizkənarında, təmiz havada gəzməlidirlər. • Satışdakı süd məhsulları təbii olmadığı üçün orqanizmə toksinlər yığır və bu da dəriyə ziyan vurur. • Ot və yağları qarışdırıb, buxar vasitəsilə dərini təmizləmək artıq geridə qalıb. Bu vasitələrdən evdə bir neçə günlük effekt almaq üçün istifadə etmək olar. Çünki dəri ekologiyanın təsirindən tez korlanır.
Amerikalı qız dünyada sadəcə 3 nəfərdə olan xəstəlikdən əziyyət çəkir.
Amerikanın Texas ştatında nadir xəstəlikdən əziyyət çəkən qız yaşayır. 21 yaşlı universitet tələbəsi Lizzi Velasques hər 15 dəqiqədən bir yemək yeyir, amma çəkisini artıra bilmir. Belə ki, 21 yaşlı gəncin çəkisi cəmi 25 kq-dır.
O hər gün ən azı 60 dəfə yemək yeyir. Gündə 5-8 min kalori qəbul edən qızın çəkisi bu günə kimi 27 kq-dan o yana keçməyib.
Avropalı alimlərin araşdırması şirə və yoqurtların dişlərə mənfi təsir göstərdiyini üzə çıxarıblar.
Vrach.tv saytının verdiyi məlumata görə, xüsusilə yoqurtdan çox istifadə dişin mina qatını zədələyə bilər. Nəticədə dişlərin çürüməsi labüddür.
Bu üzdən də stomatoloqlar yoqurt yeməyə 5 dəqiqədən artıq vaxt sərf etməməyi məsləhət bilir. Bundan başqa, yoqurt yemiş şəxs dərhal sonra dişlərini yumalıdır.
Sağlamlıq: Üzü üstə yatmaq seksual sağlamlığa ziyandır
İspaniyalı alimlər qarnı üstə yatmağın insan orqanizminə zərərini üzə çıxarıb.
Yerli mətbuatın yazdığına görə, alimlər qarnı üstə yatmağa üstünlük verən insanlarda daxili orqanların sıxıldığını, bunun xüsusilə sidik kisəsinə aid olduğunu bildirir: «Bu, seksual problemlərin yaranmasına aparıb çıxarır».
Onurğa sütunu ilə bağlı problemi olan insanlar üçün isə bu cür yatmaq ikiqat ziyandır: «Qadınların qarnı üstə yatması isə onların döş qəfəsində də problem yaradır. Döşlər sıxılır, nəticədə dəri dartılır və qırışlar əmələ gəlir».
1) Pomidor şirəsi orqanizm üçün əvəzedilməz olan likopenlə zəngin olduğu üçün infarktın, hətta xərçəngin bəzi növlərinin qarşısını alır. 2) Buğdanın hətta çox kiçik hissəsi belə, B3 vitamini, yağ, zülal və karbohidratlarla zəngindir ki, bu da sağlam dəriyə sahib olmağa kömək edir. Bundan başqa, bu faydalı taxıl növündə olan B1 vitamini mərkəzi sinir sistemi və beyin üçün faydalıdır. 3) Maqnezium, dəmir, kalsium və liflə zəngin olan badam bəzi xərçəng xəstəliyinin inkişafına mane olur və qanazlığını aradan qaldırır. Badamın tərkibində həm də orqanizmin enerji tələbatını ödəyən riboflavin maddəsi var.
Kardiologiya: Çay və qəhvə ürək xəstəliyinə tutulmaq risqini azaldır
Yeni araşdırmanın nəticələrinə görə gündə bir neçə dəfə çay və qəhvə içənlərin ürək xəstəliyinə tutulma şansları daha azdır.
Bu qənaətə 40 min adamı əhatə edən və 13 il ərzində aparılan təhqiqat nəticəsində Hollandiya alimləri gəliblər. Amerika Ürək Xəstəlikləri Birliyinin məcmuəsində dərc edilən məqalə, çay və qəhvə sevənlər üçün xoş bir məlumatdır. Yeni araşdırmaya görə gündə 6 fincan çay və yaxud da qəhvə ürək xəstəliyinə tutulma şanslarını 3 dəfə azaltmış olur.
Səhiyyə: 17 iyun tibb işçilərinin peşə bayramı günüdür
Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il sərancamına əsasən hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Med.Az saytının kollektivi bütün səhiyyə işçilərini peşə bayramı - 17 İyun Tibb işçiləri günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzu edir.
İngiltərənin Kings College Psixoloji İnstitutunun araşdırmasına əsasən lazımı qədər su içməmək beyindəki boz maddənin azalmasına səbəb olur .
Lazımı qədər su içməmək həm də insanı axmaqlaşdırır. Boz maddənin azalması təkcə beynin ölçüsünə yox onun fəaliyyətinə də mənfi təsir göstərir. Düşünməyi və qavramanı çətinləşdirir.
Buna görə də 90 dəqiqəlik tərləmə beyində 1 illik yaşlanma təsiri yaradır. Bir iki fincan su içmək beyinin yenidən əvvəlki halına qayıtmasına kömək edir.
Soğanın insan orqanizminə təsirini öyrənən Amerika və Yaponiya alimləri nəticədən xeyli təəcübləniblər.
«Arqumentı i Faktı» qəzetində yer alan məlumata görə, indiyədək bu tərəvəzin insan orqanizminə bir çox xeyiri məlum olsa da, onun qocalma prosesini ləngitdiyini heç kim bilmirdi. Son araşdırma məhz bu nəticəni üzə çıxarıb. Məlum olub ki, soğan beyin hüceyrələrinin «mühafizə»sini gücləndirir, qocalmanı ləngidir.
Bu tərəvəzin daha bir xeyiri qadınlarda süd vəzi xərçəngi riskini azaltmasıdır.
Maraqli: Science jurnalı insan ömrünü uzadan 7 amili açıqlayıb
1- Hansı yaşda olursunuz-olun idmanı tərk etməyin
İsveçrədəki Uppsala Universiteti tərəfindən aparılan araşdırmaya görə, idman etmək ömrü uzadır. İdman edənlər, idman etməyənlərə nisbətən 5 il daha çox yaşayır.
2- Günə mütləq səhər yeməyi ilə başlayın
Amerikadakı Boston Universitetinin araşdırmasına görə, nahar etməyən şəxslərin qavrama qabiliyyətlərində azalmalar müşahidə olunur.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.