Alimlərin fikrincə, əlində pul tutan insan özünü daha dəyərli sayır.
ABŞ-da aparılan elmi araşdırma nəğd pula əl vurmağın insanda ağrıları azaltdığını sübut edib. Alimlər müəyyən ediblər ki, ağrıverici vəziyyətlərdən əvvəl pula əl vurmaq ağrıların hiss edilməsinin qarşısını ala bilər.
Minessota Uriversitetində aparılan elmi araşdırmada bir qrup tələbəyə 80 ədəd 100 dollarlıq banknotları saymaq təklif olunub.
Açıq ürək əməliyyatı olunduqdan sonra döş qəfəsi tikilən Süleyman Zehir tibb tarixində bir ilkə imza atıb. Milli.Az xəbər portalı Türkiyənin “Cihan” agentliyinə istinadən xəbər verir ki, təxminən bir ay əvvəl 71 yaşlı Süleyman Zehir nəfəs almaqda çətinlik çəkməsi ilə bağlı özəl xəstəxanalardan birinə müraciət edib. Həyati təhlükə olduğu üçün onun ürəyində əməliyyat aparılıb.
Xəstəxanadan çıxdıqdan sonra özünü yaxşı hiss edən Süleyman Zehir İzmit şəhərində yaşayan bacısıgilə gedib. Evdə oturduğu yerdə qəfil öskürək tutan Süleyman öskürəndə döş qəfəsi yarılıb və ağciyəri bayıra çıxıb. Onu Kocaelidəki xəstəxanaya aparıblar. Burada ilkin tibbi yardım göstərildikdən sonra Süleyman Zehiri təcili yardım maşını ilə başqa xəstəxanaya göndəriblər. Dərhal cərrahiyyə əməliyyatı aparılıb və Süleyman Zehirin ağciyəri yerinə qaytarılıb.
ABŞ-ın Çikago şəhərində yerləşən Rush Universitetində aparılan bir araşdırma zamanı təsadüf nəticəsində dəri xərçəngi xəstəliyinin müalicəsinə müsbət təsir edən bir dərman əldə edilmişdir. Əslində jenital bölgələrdəki uçuqlamalar üçün nəzərdə tutulan dərman laboratoriyada tədqiqat zamanı tədqiqatçılardan birinin diqqətsizliyi nəticəsində içərisində dəri xərçəngi hüceyrələri olan qaba tökülmüşdür. Tədqiqatçılar qabdakı hüceyrələrin məhv olduğunu gördü və tədqiqatın istiqamətini dəyişərək dərmanın dəri xərçənginin müalicəsində önəmli rol oynayacağına qərar verdilər və tədqiqat mübət nəticə vermişdir.
Sağlamlıq: Müasir texniki avadanlıqlar mədədə və ürəkdə ağrılar yaradır
Müasir texniki avadanlıqlar, elektron cihazlar həyatımıza elə daxil olub ki, onlarsız günümüz çətin və maraqsız olar. Amma digər tərəfdən bu cihazlardan düzgün və yerində istifadə etməməklə orqanizmimizi təhlükə qarşısında qoyuruq. Məsələn, günlərlə uzun müddət kompüter qarşısında oturmaq sağlamlıq üçün kifayət qədər fəsadlar törədir.
Gündəlik ünsiyyətdə olduğumuz elektron cihazlardan biri televizordur. Müasir televiziya qəbulediciləri kineskoplu, son vaxtlar isə həm də LCD və plazma ekranlıdır. Azərbaycan Texniki Universitetinin televiziya və radio sistemləri kafedrasının professoru Çingiz Əfəndiyev televizorun insan orqanizminə təsirindən danışarkən, rentgen şüalanması ilə bağlı deyilənlərin bir o qədər təhlükəli olmadığını qeyd edir. Onun sözlərinə görə, televizorun kineskopunun verdiyi rentgen şüalanması o dərəcədə aşağıdır ki, insan üçün heç bir təhlükə yaratmır. Amma bir şərtlə:
A, B1, B2, C və E vitaminləri, dəmir, kalsium, fosfor, kalium, natrium və yodla zəngin olan banan həm də yüksək kaloriyə malikdir. 1 ədəd almada 60, 1 ədəd portağalda 53 kalori var, 1 ədəd bananın enerjisi isə 130 kaloridir. A, B1, B2, C və E vitaminləri, dəmir, kalsium, fosfor, kalium, natrium və yodla zəngin olan banan həm də yüksək kaloriyə malikdir. 1 ədəd almada 60, 1 ədəd portağalda 53 kalori var, 1 ədəd bananın enerjisi isə 130 kaloridir.
Beyinin güclənməsində qəbul etdiyimiz qidaların da çox böyük rolu vardır. ABŞ-da yayımlanan Men’s Health jurnalında Dr. Tom Gilhoolynin zehin açan qidalar haqqında araşdırması yayımlanıb.
Soya: Oksigen ifrazını artıran soya yaddaşı gücləndirir. Soya südü ya da soyalı yeməklər fiziki və psixoloji zəifliyin qarşısını alır.
Yumurta: D vitamini deposu olan yumurta hüceyrələrin öz-özünü yeniləməsini təmin edir və beyinin fəaliyyətini gücləndirir.
Elmi kəşflər: Döş xərçəngi ilə bağlı aparılan yeni tədqiqat şübhələrin əsaslı olmadığını aşkar edib
Döş xərçəngi ilə bağlı aparılan yeni tədqiqat qadınların döş xərçəngi müayinəsinə olan şübhələrin əsaslı olmadığını aşkar edib.
Tədqiqat bu müayinənin əsassız təşviş və narahatlıqlara səbəb olaraq, hətta zəruri olmayan müalicəni qəbul etməyə vadar etməsinə baxmayaraq, bunların həyatları xilas edilən insanların sayı ilə müqayisədə əhəmiyyətsiz olduğunu bidirib.
Döş xərçənginin ultrasəs müayinəsi kifayət qədər ziddiyyətlidir. Şübhəsiz, bu üsulla təhlükəli şişləri vaxtında müəyyən etmək mümkündür, lakin mammoqramlar, yəni döş toxumalarının ultrasəs müayinəsi həm də ziyansız və xoşxassəli digər toxuma kütlələrini də qeydə alır.
Yay gəlir. Qalın qış geyimlərinin altında gizlədilən artıq çəkidən azad olmaq vaxtı çatıb. Bunun üçün isə idmanla yanaşı, sağlam pəhriz lazımdır. Aşağıdakı pəhrizlə bir həftədə 3 kiloqram çəkidən azad olmaq olar. Bu pəhrizin digər bir özəlliyi isə əsrin bəlası olan xərçəngə qarşı davamlı olmasıdır. Pəhriz həftənin günlərinə müvafiq olaraq aşağıda qeyd olunmuşdur.
Bazar ertəsi Səhər yeməyi: 1 çay qaşığı mürəbbə sürtülmüş 3 nazik dilim qızarmış çörək, 1 fincan qəhvə və ya çay, Ara yemək: 150 qr təzə meyvə Nahar: 200 qr yoğurt,1 kasa qarışıq meyvə Ara yemək: 1 stəkan meyvə suyu Şam: 100 qr qabaqlı plov,150 qr mövsüm salatı, 1 stəkan su
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.