
Embrionun mayalanması və birləşməsi çoxmərhələli bir prosesdir. Hamiləliyin baş verməsi üçün bütün mərhələlərin vaxtında və sonadək tamamlanması vacibdir. İlk növbədə yumurtahüceyrənin mayalanma qabiliyyəti məhduddur. O, bu qabiliyyəti ovulyasiyadan sonra cəmi 12 saat saxlaya bilir. Spermatozoidlər isə qadın orqanizmində 2-3 gün ərzində mayalandırma qabiliyyətini saxlaya bilirlər. Beləliklə insanların nəsil törətmə qabiliyyəti çox da effektiv deyildir. Statistikaya görə fertil yaşda olan, normal cinsi həyat yaşayan, sağlam qadının bir menstrual tsikl ərzində hamilə qalmaq şansı 12-20%-dır.