
Alimlər şəkərli və kalorili qarışıq qidaların da narkotik kimi alüdəçilik yaratdığı barədə xəbərdarlıq edir!
Florida ştatının Scripps Araşdırma İnstitutunun alimləri, siçanlar üzərində apardıqları testlərdə, hamburger, qızarmış kartof və keks kimi çox kalorili qidaların da narkotik kimi alüdəçilik yaratdığını müəyyən edib.
Siçanları 3 qrupa ayıran alimlər, ilk qrupdakı heyvanları sağlam qidalarla, ikinci qrupdakıları müəyyən miqdarda qarışıq yeməklərlə, son qrupdakıları isə sərhədsiz miqdarda pendirli keks ilə jambon kimi ət məhsulları və şokoladlı qidalarla bəsləyib.