
Alimlər deyirlər ki, onlar heyvan dünyasında insanın ən yaxın qohumunu aşkar ediblər.
Bonobo insana bənzər meymunlar könüllü olaraq qidanı paylaşmaq qabiliyyətinə malikdirlər.
Current Biology dərgisində alimlər araşdırma işinin təfərrüatlarını açıqlayıblar.
Onlar keçirdikləri sınaq zamanı bonobo meymunlarını qida olan bir otağa yığdıqlarını bildiriblər.
Onlar bu qidanı ya yeməli , ya da ki, qidanı bölüşmək üçün qapını açıb başqalarını içəri buraxmalı idilər.