
Əgər siz kişisinizsə, xoşbəxt evlilik iflic təhlükəsini azalda bilər. Bu nəticəyə alimlər gəliblər.
10 000 israilli arasında aparılan araşdırma işi göstərib ki, subay və özlərini ailədə bədbəxt hiss edən kişilərin iflic təhlükəsi xoşbəxt evliliyi olan kişilərdən daha çoxdur.
Mütəxəssislər deyirlər ki, təqdim edilən nəticələr sevgi dolu münasibətlərin gücünü əks etdirir.
Amma onlar iddia edirlər ki, sağlam həyat tərzi iflicin qarşısını almağa yardım edə bilər.
Tel Aviv Universitetinin keçirdiyi tədqiqat işi zamanı 1960-cı illərdə kişi dövlət qulluqçularının doldurduqları anketlər analiz edilib.
Yaşları təxminən 49 olan iştirakçılardan evliliklərini dəyərləndirmək soruşulub.