Qadın xəstəlikləri xüsusilə qadının cinsiyyət xəstəlikləri arasında böyük əhəmiyyətə malikdir. Erroziya, ektopion, patoloji doğum və s kimi hallar uşaqlıq xərçənginin mənşəyi sayılır. Uşaqlıq boynunun ən çox vagina hissəsində nisbətən az kanalında müşahidə olunur. Uşaqlığın özündə yəni cismində xərçəng az təsadüf olunur. Vagina hissəsinin xərçəngi müxtəlif inkişafa malikdir. Başlanğıcı çox vaxt erroziyaya bənzəyir. Sonralar vaginal hissəni iki növ infiltrasiyaya uğradır; birində xərçəng diffuz şəkildə selikli qişanın altı ilə dərin hissələrə yayılır, və sonra uşaqlığın yoluna və parametriuma keçir, digərində isə proses erroziya dövründən sonra məməcikli ya gül kələminə bənzər şəkil alır.
Gözun selikli qişasının iltihabı konyunktivit adlanır. Bu xəstəlik gözun qızarması, qıcıqlanması, ”yad cisim” hissiyyatı ilə özünü biruzə verir və həmçinin səhərlər göz qapaqlarının yapışması və müxtəlif xarakterli ifrazat ilə (irin, selik və s.) müşahidə olunur. Bunlardan başqa, göz qapaqlarının və selikli qişanın şişməsi, yaşaxma və işıqa həssaslıq müşahidə oluna bilir. Konyunktivitlər müxtəlif mikroflora ilə törədilir: bakteriyalar, göbələklər, rikketsiyalar və viruslar (həmçinin allergik konyunktivitlər də mövcuddur). Törədici mikrofloradan, orqanizmin müqavimətindən və xəstənin yaşından asılı olaraq konyunktivitlər müxtəlif şəkildə özünü göstərirlər. Müalicə olunmamış konyunktivit xroniki formaya keçir, keratit, buynuz qişanın xorası ilə nəticələnə bilir. Hətta gözün və görmə qabiliyyətinin itməsinə də qətirib çıxara bilir.
Astiqmatizm – gözün optik sisteminin defekti: gözün şüasındırma quvvəsinin əsas meridianlarda eyni olmaması. Astiqmatizmin əsas səbəbi buynuz qişanin qeyri sferik olmasıdır, yənı ki əsas meridianlarda əyrilik radiuslarının fərqli olmaları. Gözdə iki əsas, bir birinə perpendikulyar meridian var. Bunlardan biri ən güclü şuasındırma qabiliyyətinə malikdi, ikincisi isə ən zəif. Bu meridianların şuasındırma quvvəsində fərq böyük olduğu halda, torlu qişada əşyaların təsviri aydın alınmır. Əksər hallarda astiqmatizm anadan gəlmə olur. Bəzən, o gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəliklərindən və travmalarından sonra əmələ gəlir. Həqiqətdə buynuz qişa heç zaman sferik olmur. Adətən, vertikal meridianda əyrilik radiusu horizontal meridiandan daha az olur. Normal (fizioloji) astiqmatizmin miqdarı 0,5-0,75 dioptriyadan çox olmur.
Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.