
Çində aparılan bir araşdırma zamanı kişilərdə sonsuzluğa səbəb olan genin tapıldığı bildirilir. ”Dailiy Shankay” qəzetinin verdiyi xəbərə görə sözü gedən tibbi araşdırma Çində nəşr olunan “Genesand Cancer” tibbi jurnalında dərc olunmuşdur.
Çinin Şanxay şəhərində yerləşən Beynəlxalq Əlaqələr Universitetinin Tibb fakultəsinin əməkdaşları tərəfindən erkək siçanlar üzərində aparılan tədqiqatda spermanın keyfiyyətini aşağı salan və cinsi orqanların inkişafına mane olan “KIF18A” adlı bir gen müəyyən olunmuşdur.