
BMT-nin Uşaq Fondu - UNİCEF Azərbaycanda həddi-büluğa çatmayanlar arasında nigahların sayının artmasından narahatlıq ifadə edib. Fevralın 16-da dərc edilmiş hesabatında UNİCEF deyir ki, araşdırmalar hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini göstərir.
Hesabat müəllifləri deyirlər ki, belə təmayül çox zaman fiziki və əqli problemlərin yaranmasına gətirib çıxarır. Bəzi hallarda isə depressiya və əsasən gəlin getmiş qızın intiharı ilə nəticələnir.
BBC-nin Bakı müxbiri Tom Esselmont yazır ki, 19-cu əsrdə zorla ərə vermə Azərbaycanda geniş yayılmış bir hal idi.