Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



İnfeksiya: Sitomeqalovirus infeksiyası və hamiləlik
| 16 Fevral 2010

Sitomeqalovirus infeksiyası və hamiləlik Sitomeqalovirus infeksiyası adı az eşidilmiş olan ancaq olduqca sıx müşahidə edilən virus infeksiyasıdır. İnsanların əksəriyyəti bu infeksiyanı uşaqlıq dövründə heç fərqinə varmadan gizlində keçirir. Ancaq hamiləlik dövründə keçirilən infeksiya körpəyə yoluxduqda inkişaf geriliyi, karlıq, zəka geriliyi, gec yerimə, gec öyrənmə kimi istənməyən vəziyyətlərə yol aça bilir. Bu risk xüsusilə əvvəlcədən infeksiyanı keçirməmiş ana namizədlərində daha yüksəkdir.
Sitomeqalovirus (Cytomegalovirus, CMV) herpes ailəsindən olan virusdur. Bu ailəyə daxil olan digər viruslara uçuğa səbəb olan Herpes Simplleks virusu və su çiçəyinə səbəb olan Varicella-Zoster virusunu misal göstərmək olar. Bütün coğrafi bölgələrdə rast gəlinən bu virusun səbəb olduğu infeksiya ən sıx qarşılaşılan infeksiyalardan biridir. CMV eyni zamanda anadan qarınındakı körpəyə yoluxan infeksiyalar arasında da ən sıx qarşılaşılanlardandır. Yetərli diaqnoz üsullarından istifadə edildikdə yenidoğulmuşların təxminən 1%-ində bu virus müəyyən edilir.

CMV infeksiyaları uşaqlar da daxil olmaq üzrə hər yaşdan adama təsir edə bilər. CMV insanlara hava-damla infeksiyası yoluyla (eyni havanın tənəffüs edilməsiylə digər insanlardan) yoluxa biləcəyi kimi, sağlam insana tüpürcək, sidik, nəcis, ana südü, vaginal ifrazat, sperma kimi bədən ifrazatlarına təmasla da yoluxa bilər. Semendə və vaginal mayelərdə də tapıldığından cinsi əlaqə ilə də yoluxması mümkündür. Nadir hallarda qan nəqli əsnasında yoluxma reallaşa bilər. Klinika baxımdan əhəmiyyətli olan bir başqa yoluxma yolu da hamiləlik əsnasında anadan doğulmamış körpəsinə yoluxmadır. Bu mövzuda biz əsasən bu yoluxma üsulundan bəhs edəcəyik.

İnfeksiya əksərən uşaqlıq çağında keçirilər. İnfeksiyanı hələ keçirməmiş olan yaşlı şəxslərə virus körpələr evi ya da məktəb kimi toplu yerlərdə viruslu uşaqlardan keçər. Yoluxma yollarının məşhurluğu səbəbiylə cəmiyyətdə ən az 50%-lik bir seqment daha əvvəldən bu infeksiyanı keçirmiş haldadır. Bu nisbət sosial səviyyəsi aşağı seqmentdə daha da yüksək - 80% civarında ola bilər.

Əlamətləri: Sitomegalovirüs infeksiyalarının böyük bir qisimi əlamətsiz seyr edər. Buna hamiləlikdə keçirilən infeksiyalar da daxildir. İnfeksiyanı keçirən ana namizədlərinin ancaq 15%-ində tempratur, boğaz ağrısı, limfadenopatiya (limfa vəzlərinin şişməsi), oynaq ağrıları kimi xüsusi olmayan əlamət və tapıntılar müşahidə edilir.
Xüsusilə immun sistemi müxtəlif səbəblərlə zəifləmiş kəslərdə (AIDS xəstələri və orqan nəqli səbəbiylə immunitet sistemini zəiflədici dərman istifadə etmək məcburiyyətində olanlar kimi) infeksiyalar daha sıx müşahidə edilir və daha ciddi klinika verir.
İlk dəfə keçirilən CMV infeksiyası bədəndə spesifik immunitet əmələ gətirir. Ancaq bu immunitet tam deyil. Beləki, suçiçəyi, qulaqdibi (parotit) kimi infeksiyalardan fərqli olaraq xəstəliyi bir dəfə keçirmək, ikinci dəfə bu xəstəliyi keçirməmək anlamına gəlməz. Sitomeqalovirusla birinci dəfə yoluxma zamanı primer (ilk) infeksiya adı verilən bu prosesdən sonra virus bədənə yerləşər və müxtəlif zamanlarda təkrar-təkrar infeksiyaya yol aça bilər. Sonradan müxtəlif zamanlarda yaranan infeksiyalara rekkurent (təkrarlayıcı) infeksiyalar deyilir. Təkrarlayıcı infeksiyalar çox daha az sıxlıqla və daha yüngül əlamətlərlə klinika göstərirlər.
Hamiləlikdə keçirilən infeksiya plasenta (cift) yoluyla körpəyə keçə bilir. Körpəyə keçən infeksiya isə intrauterin inkişaf geriliyi (İUGG), mikrosefaliya (başın kiçik olması), intrakranial kalsifikasiya (beyin toxumasındada əhənglənmə sahələri), korioretinit (göz infeksiyası) və korluq, zəka geriliyi, hərəkət aparatında inkişaf geriliyi (gec yerimə kimi), eşitmə itkisi, qaraciyər və dalaqda böyümə, sarılıq, qansızlıq, diş anomaliyaları, mental retardasiyalar (gecikmələr), optik və serebral atrofiyalar, sümük deformasiyaları kimi patologiyalara səbəb ola bilər.

Virus infeksiyasının təsiriylə yaranan bu vəziyyətlərin bir qismi dərhal doğum sonrasında aşkar olunurkən (sarılıq, başın kiçik olması, doğum çəkisinin aşağı olması kimi), bəziləri körpə böyüdükcə ortaya çıxır (karlıq, gec yerimə, zəka geriliyi kimi).
Hamiləlikdən əvvəl ana namizədlərinin əksəriyyəti bu infeksiyanı keçirmişdir. Buna bağlı olaraq tam olmasa da immunitet meydana gəldiyindən bu ana namizədlərinin bir qismində təkrarlayıcı infeksiya əmələ gəldikdə infeksiyanın körpəyə yoluxma riski, körpəyə yoluxduqda isə körpədə istənməyən vəziyyətlər əmələ gətirmə riski olduqca aşağıdır.

Daha əvvəldən heç bir şəkildə bu infeksiyanı keçirməmiş ana namizədlərində isə cədvəl dəyişir. Bu ana namizədlərinin 1-4%-lik qisimində hamiləlik əsnasında ilk infeksiya meydana gəlir. Bu vəziyyətdə bədəndə demək olar ki, heç immunitet olmadığından infeksiyanın körpəyə yoluxma riski yüksəkdir (40% infeksiya körpəyə yoluxar). Ancaq körpəyə yoluxduğunda "bu mütləq hansısa anormal bir vəziyyətə gətirib çıxaracaq" mənasını vermir. Bu ana namizədlərinin təxminən 90%-ində körpə normal doğulur. Bu normal körpələrin az bir qisimində irəlidə infeksiya təsirləri ortaya çıxa bilər. Doğumda infeksiya əlamətləri müşahidə edilən 10%-lıq körpədə isə infeksiyayla əlaqədar olaraq ağırlaşma meydana gəlmə ehtimalı daha yüksəkdir.

Ana namizədində primer CMV infeksiyasının rast gəlinmə ehtimalı 0,4-0,7% arasındadır. Anadan körpəyə yoluxma isə 24-75% arasında olub orta qiymət 40% olaraq qəbul edilir. Yoluxan 40% körpənin yalnız 10%-ində anadangəlmə CMV infeksiyasına bağlı əlamətlər ortaya çıxar. Bir başqa deyişlə hamiləlikləri əsnasında primer CMV infeksiyası keçirən hər 100 ana namizədindən yalnız dörd nəfəri körpəsində problemlə qarşılaşarkən, 36 ana namizədində doğum anında problem yaşanmaz. Ən sıx təsirlənən orqanlar beyin, gözlər, qaraciyər, dalaq, qan və dəridir. Bu körpələr müalicələrlə həyatlarını davam etdirə bilirlər. Doğum əsnasında əlamətlərin müşahidə edilmədiyi 90% körpənin (yuxarıdakı nümunədə 36 körpə) isə 10-15%-ində uzun müddət sonra təsirlər ortaya çıxa bilər.

Hamiləlikdə rekkurent (təkrarlanan) CMV infeksiyasının əmələ gəlmə ehtimalı primer infeksiyanın rast gəlinmə ehtimalından daha çoxdur və 1-14% arasında dəyişir. Buna qarşılıq rekkurent infeksiyaların körpədə anadangəlmə infeksiyaya gətirib çıxarma riski daha aşağı olub 0,2-2% arasında dəyişir. Buna paralel olaraq anadangəlmə CMV infeksiyası olan körpələrin də sadəcə 1%-ində əlamətlər ortaya çıxar. Ancaq primer infeksiyada söz mövzusu olan 10-15%-lik uzun dövr təsir riski təkrarlanan infeksiyalarda da mövcuddur. Ana namizədindən körpəyə sitomeqalovirus yoluxma riski mövzusunda hamiləlik müddətinin hər hansı bir təyinedici dəyəri yoxdur. Ancaq 20 həftədən əvvəl olan yoluxmalarda problem ortaya çıxma riski daha yüksəkdir.
Çox təəssüf ki xeyli çox virus infeksiyalarında olduğu kimi hamiləlik əsnasında ya da digər zamanlarda ortaya çıxan CMV infeksiyalarında da təsirli bir müalicə variantı yoxdur.
Diaqnoz məqsədilə qanda seroloji reaksiyalar qoyulur. Qanda CMV-ə qarşı əmələ gəlmiş əkscisimlər (anticisimlər) axtarılır. Qanda sitomeqalovirusa xas IgG anticismində (İmmunoqlobulinG) iki ayrı ölçüdə dördqat artım (analiz iki dəfə aparılır, əgər ikinci dəfə alınan nəticə birincidən 4 dəfə çoxdursa), ya da alınan tək nümunədə IgM anticisminin müəyyən olunması ilk infeksiyaya (primer) diaqnozun qoyulması deməkdir. Daha əvvəldən IgG anticismi təyin olunmuş şəxslərdə yalnız IgG anticisminin yüksəlməsi (IgM yüksəlməməlidir) təkrarlanan infeksiya diaqnozu deməkdir. Ancaq CMV digər viruslarla çarpaz reaksiya verə bildiyindən səhv nəticələr də nisbətən çoxdur.
Bəzi vəziyyətlərdə də ultrasonoqrafiyada İUGG (intrauterin inkişaf geriliyi), mikrosefaliya və ya beyin toxumasında kalsifikasiyalar (əhənglənmələr) müəyyən olunmasıyla bu infeksiyadan şübhələnilər və qanda anticisim səviyyəsini ölçməklə diaqnoz qoyular.

Qorunmaq: Hamiləlikdə hər ana namizədinə virusa xas IgM və IgG analizinin lazımlı olub olmadığı hələ dəqiqləşmiş deyil. Ancaq hamiləliyin planlaşdırıldığı dövrdə ya da hamiləliyin erkən dövrlərində IgG anticisminin ölçülməsi fayda verə bilər. Sitomeqalovirus IgG müsbət olaraq təyin olunması daha əvvəldən infeksiyanın keçirildiyini və bu səbəblə hamiləlikdə təkrarlayıcı infeksiya keçirilsə belə bunun körpəyə təsir etmə ehtimalının aşağı olduğunu göstərərək ana namizədi üçün rahatlaşdırıcı bir məlumat ola bilər.
Sitomeqalovirus hələ peyvəndsiz, təsirli bir müalicəsi olmayan bir virusdur. Buna görə şəxsi gigiyena qaydaları və cinsi yolla yoluxan xəstəliklərdən qorunmaq üçün alınan tədbirlər xaricində ana və ata namizədlərinin edə biləcəyi başqa bir şey yoxdur. İnfeksiyanı keçirməkdə olan anaların körpələrinə yoluxdurmamaq üçün körpələrini əmizdirməmələri son dərəcə əhəmiyyətlidir.

Müəllif: A.Orxan

Reytinq:
 (səs sayı: 7)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 4952 dəfə
Müəllif: DrELM (elnur.mehdi@gmail.com)
Bu məqalənin ürəyi "profilaktika və müalicə" bölməsidir ki, bu da CMV-də yoxdur. Bu o deməkdir ki, laborator analizlərə xeyli pul töküb CMV axtarmağa ehtiyac yoxdur. Deyək ki, lap CMV (+) çıxdı, həkim nə edəcək? Onsuz da müalicəsi yoxdur bunun. Hə, ola bilər ki, təkrari düşüklərdə səbəb kimi göstərilə, amma nə fayda? Ümumilikdə, tibbi cəhətdən məqalə super yazılıb.

--

24 Fevral 2010 22:05
Müəllif: anes_99 (doc._2010@mail.ru)
Mən bir həkim kimi və həm də bir ailəli kimi,deyə bilərəm ki,SMV titrinə fikir vermək lazımdır.Kiçik titrlər təhlükə yaratmır adı qrip də onun titrinin yqksəlməsi deməkdir

--

13 Mart 2010 22:37

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

11.04.2012
Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

10.04.2012
Hörümçək zəhəri xərçəngdən xilas edə bilər

09.04.2012
Azərbaycanda ilk dəfə iki orqanın eyni vaxtda transplantasiyası həyata keçirilib

«    Fevral 2010    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.