Çində aparılan bir araşdırma zamanı kişilərdə sonsuzluğa səbəb olan genin tapıldığı bildirilir. ”Dailiy Shankay” qəzetinin verdiyi xəbərə görə sözü gedən tibbi araşdırma Çində nəşr olunan “Genesand Cancer” tibbi jurnalında dərc olunmuşdur. Çinin Şanxay şəhərində yerləşən Beynəlxalq Əlaqələr Universitetinin Tibb fakultəsinin əməkdaşları tərəfindən erkək siçanlar üzərində aparılan tədqiqatda spermanın keyfiyyətini aşağı salan və cinsi orqanların inkişafına mane olan “KIF18A” adlı bir gen müəyyən olunmuşdur.
Gün ərzində mürgüləmək beynin yeni informasiyanı qəbul etmək imkanlarını artırır.
Amerikalı alimlər araşdırma işi üçün 90 nəfər könüllüdən istifadə edib. Bu adamlar bütün gün ərzində ayıq qalanlardan dərketmə sınaqlarında daha yaxşı nəticələr əldə ediblər.
Kaliforniya Universitetinin nəticələri konfrans zamanı təqdim edilib.
Ana və Uşaq: Yumurtalıq köçürülməsindən sonra 2-ci övladı doğulub
Danimarkalı ana yumurtalıq transplantasiyasından sonra ikinci dəfə doğan ilk qadın olub. Lukka və bacısı Aviaxa bu prosedurdan sonra doğulmuş cəmi doqquz uşaqlardan ikisidir.
Bu prosedur zamanı yumurtalıq toxumaları çıxarılır, dondurulur və yeni orqanizmə köçürülür.
32 yaşlı Stinne Holm Berqholt xərçəng xəstəliyindən müalicə olunandan sonra sonsuz olmuşdu. Maraqlı odur ki, ikinci uşağa Stinne təbii yolla hamilə qalmışdı.
Azərbaycan Parlamentinin deputatı bildirib ki, ölkədə əsəb xəstəliyinə tutulanların sayı artır. "Azərbaycanda ildə 5 min adamın psixi xəstəliyə tutulduğu qeydə alınır. Yeni anadan olan uşaqların sağlamlığının qorunması üçün Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə ehtiyac var", - Trend News-un məlumatına görə, cümə günü Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib. Quliyevin sözlərinə görə, Azərbaycanda hemofiliyalı və talassemiyalı xəstəliklərlə yanaşı, digər problemləri də nəzərə alaraq yeni ailə quranların sağlamlığı haqqında tibbi arayış alinması zəruridir.
21 ci əsrdə informasiya texnologiyalarının inkişaf etdiyi bir vaxtda demək olar ki, bütün idarələrdə kompüter var və az qala bütün işlər kompüter arxasında icra olunur. Hamilə qadınların da kompüter dalında işləməsi adi hala çevrilib. Ancaq hamilə qadının kompüterdə işləməsi çoxlarını narahat edir. Kompüterin hamiləyə, daha doğrusu dölə zərərli olub-olmadığını sübut edən dəlil yoxdur. Təhlükədən qorunmaq üçün bəzi qaydalara əməl etmək lazımdır. Kompüter arxasında oturuşunuza diqqət edin. Oturacağınızı özünüzə uyğunlaşdırın. Arxanızı oturacağa söykəməlisiniz. Qarnınız böyüdükcə oturacağın arxasını geri çəkə bilərsiniz. Hər 15-20 dəqiqədən bir durub, gəzməlisiniz.
Səhiyyə: UNİCEF Azərbaycanda erkən yaşda bağlanan nigahlardan narahatdır
BMT-nin Uşaq Fondu - UNİCEF Azərbaycanda həddi-büluğa çatmayanlar arasında nigahların sayının artmasından narahatlıq ifadə edib. Fevralın 16-da dərc edilmiş hesabatında UNİCEF deyir ki, araşdırmalar hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini göstərir.
Hesabat müəllifləri deyirlər ki, belə təmayül çox zaman fiziki və əqli problemlərin yaranmasına gətirib çıxarır. Bəzi hallarda isə depressiya və əsasən gəlin getmiş qızın intiharı ilə nəticələnir.
BBC-nin Bakı müxbiri Tom Esselmont yazır ki, 19-cu əsrdə zorla ərə vermə Azərbaycanda geniş yayılmış bir hal idi.
Sağlamlıq: Lüminessent lampa qırıldıqda otağı dərhal havalandırın
Elektrik enerjisinə qənaət etmək məqsədilə lüminessent lampalardan daha çox istifadə edilir. Lakin bilmək lazımdır ki, bu lampalar orqanizm üçün zərərlidir. Lüminessent lampaların içində qaz halında civə olur və qırılarkən həmin zəhərli maddə havaya qarışır. Nüvə tibb eksperti Dr. Cem Xınaçı civə qarışıq hava tənəffüslə orqanizmə daxil olmasın deyə otağı dərhal havalandırmağı, lampa qırıqlarını isə əl dəymədən toplamağı tövsiyə edir.
Lüminessent lampalar 1 metrdən daha yaxın məsafədə ultrabənövşəyi şüalar yayaraq dəriyə və gözlərə mənfi təsir göstərir. Buna görə də həmin lampaların iş masası və yataq otağında istifadəsi məsləhət deyil.
İnfeksiya: Sitomeqalovirus infeksiyası və hamiləlik
Sitomeqalovirus infeksiyası adı az eşidilmiş olan ancaq olduqca sıx müşahidə edilən virus infeksiyasıdır. İnsanların əksəriyyəti bu infeksiyanı uşaqlıq dövründə heç fərqinə varmadan gizlində keçirir. Ancaq hamiləlik dövründə keçirilən infeksiya körpəyə yoluxduqda inkişaf geriliyi, karlıq, zəka geriliyi, gec yerimə, gec öyrənmə kimi istənməyən vəziyyətlərə yol aça bilir. Bu risk xüsusilə əvvəlcədən infeksiyanı keçirməmiş ana namizədlərində daha yüksəkdir. Sitomeqalovirus (Cytomegalovirus, CMV) herpes ailəsindən olan virusdur. Bu ailəyə daxil olan digər viruslara uçuğa səbəb olan Herpes Simplleks virusu və su çiçəyinə səbəb olan Varicella-Zoster virusunu misal göstərmək olar. Bütün coğrafi bölgələrdə rast gəlinən bu virusun səbəb olduğu infeksiya ən sıx qarşılaşılan infeksiyalardan biridir. CMV eyni zamanda anadan qarınındakı körpəyə yoluxan infeksiyalar arasında da ən sıx qarşılaşılanlardandır. Yetərli diaqnoz üsullarından istifadə edildikdə yenidoğulmuşların təxminən 1%-ində bu virus müəyyən edilir.
Üzünüzdə yaranan ləkələrə evdə hazırlayacağınız möcüzə üsulla əlvida deyəcəksiniz.
Dəri ləkələri məsələn - çillər, hamiləlik ləkələri, seboreik keratoz və hormonal pozğunluqlar dərimizdə müxtəlif rənglərdə izlərin əmələ gəlməsinə səbəb olur. Günəş süaları ləkələrin daha da artmasına təkan verir. Ləkələrdən və izlərdən azad olmaq üçün, yaşadığımız qış mövsümü ən uyğun zamandır. Bu problemlərə, düzğün və hər ləkəyə uyğun məhsullarla müalicə tətbiq olunarsa gözəl nəticə əldə oluna bilər. Məhsulların içində ən etibarlı olanlar AHA deyə adlandırdığımız meyvə turşulu məhsullardır. Alma, limon, süd, üzüm sirkəsi kimi məhsullardan əldə edilir. Müalicə tətbiq olunarkən dərinin çox yaxşı qorunması və nəzarət olunması vacibdir. Xüsusilə günəşə qarşı qoruyucu vasitələrdən istifadə etmək vacibdir.
Mütəxəssislər soyuq havalarda ürək-damar xəstəlikləri olanlara bayıra çıxmamalarını məsləhət görürlər.
Trabzon Xüsusi İmperial Xəstəxanası ürək və daxili xəstəliklər eksperti dos. dr. Kaan Kulan soyuğa qarşı sinə və üzün qorunmasının vacibliyini ifadə edərək, onların bayıra mümkün qədər az çıxmalarını və soyuqda qətiyyən tox qarına yol getməmələrini məsləhət görüb.
Elmi kəşflər: QİÇS, Qrip və Ebola kimi viruslara qarşı təsir göstərən molekul tapılıb
Los Anceles Universitetinin mütəxəssislərindən Mike Wolfun başçılıq etdiyi qrupun laboratoriya şəraitində, siçanlar üzərində apardığı araşdırmada, LJ001 kod adı verilmiş molekulun bir çox virusa qarşı təsirli ola biləcəyi müəyyən olunub.
Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında yayımlanan araşdırmada alimlər, LJ001-in Ebola, qrip, QİCS, Hepatit C kimi bir çox viruslara qarşı təsirli ola biləcəyini bildirib.
Demə, şəfalı bitkilər, stress nəticəsində yaranan cinsi istəksizlik yaşayanların imdadına yetişə bilər. Mütəxəssislər bu problemlərin ortaya çıxmasında psixoloji faktorların önəmli rol oynadığını söyləyirlər. Stress səbəbindən cinsi istəksizlik yaşayanlara şəfalı bitkilər kömək edə bilər. Sizlərə xarici saytlara istinadən ehtirası artıran bitkiləri təqdim edirik.
Bitki çayları: Bədəndəki maye axımını sürətləndirən bitki çayları içdikdə qan dövranı güclənir, ehtiras artır. Enerji səviyyəsini də yüksəldən bitki çayları seks yaşamını canlandırır.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.