
Böyük Britaniya vətəndaşı olan 16 yaşlı Bradley Cooper adlı gənc oğlan cinsiyyətini dəyişməyə qərar verib. Britaniya ictimaiyyəti onun bu qərarı vermək üçün olduqca gənc olduğunu düşünür hətta daha əvvəl bu tip əməliyyat keçirən insanlar da onun bu qərardan peşman olma ehtimalının yüksək olduğunu vurğulayıblar. Lakin 12 yaşından başlayaraq qadın olmaq arzusu ilə yaşadığını və qadın paltarları geyindiyini bildirən Bradley Cooper bu əməliyyata hazır olduğunu bildirib. Həmçinin gənci müayinə edən psixoloqlar onun əməliyyata hazır olduğu qənaətindədirlər.