
Tibb işçiləri məsələni müxtəlif şəkildə şərh edirlər.
Donuz qripinə qarşı vaksinasiya mübahisəyə səbəb olub. Tibbçilərin bir qrupu əhalini vaksinasiyaya çağırır, digər qrupu isə bununla razılaşmır və əhalini ehtiyatlı olmağa səsləyir.
Səhiyyə nazirliyinin baş infeksionisti Namiq Əliyev hamilə qadınları, xərçəng və xroniki xəstəlik keçirmiş insanları vaksinasiyadan uzaq durmağı məsləhət görür.
Respublika Taun əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyir ki, immun sistemi zəif olan insanlar peyvənd olunmalıdır. Xususən də xroniki xəstəliklərə düçar olanlar. Onlar üçün peyvənd olunmamaq daha qorxuludur.