
Abortların sayının son vaxtlar sürətlə artması ilk növbədə qız uşağının dünyaya gəlməsini öyrənməyin nəticəsidi. Bu işdə məsuliyyət daşıyanlardan biri və birincisi də elə həkimlərdir. Bəzən bilərəkdən, bəzənsə nəticəni göz önünə gətirmədən uşağın cinsini valideyinlərə bəlli etməklə , dünyaya gəlməkdə olan dölün məhfinə yol açırlar.
Müqəddəs dinimiz İslamda da hamiləliyin dayandırılması məhz həyatın müqəddəsliyi və sarılmazlığı nöqteyi – nəzərindən qiymətləndirilir. Abort böyük günah və qətl hesab olunur. Özü də təkcə dini deyil, həm də insanı baxımdan. Bu, yalnız aborta gedən qadınlara deyil, həm də onları bu addımı atmağa məcbur edən insanlara da aiddir. Belə ki, İslamda yamanlığı törədənlərdən çox, bu hərəkətin özü pislənir. Bəzi həkimlər qadınların seçim hüququna hörmət etdikləri üçün abort etdiklərini deyirlər. Amma onlar da etiraf edirlər ki, bu, qadın psixikasına çox ciddi zərbə vurur. “Yeni med” Tibb Mərkəzinin ali dərəcəli ginekoloqu Arzu Məhərrəmova da razılaşır ki, bəzən həkimlər özləri də bu işdə məsuliyyət daşıyırlar. Bəzi ağ xalatlılar təqvim metodundan istifadə edərək, anaya hamiləliyin 4-5-ci həftəsində qız və ya oğlan dünyaya gətirəcəyini deyirlər.