
Kleopatra kimi qədimi misirlilərin üstünlük verdiyi qalın göz makiyajının həm estetik, həm də tibbi xeyirləri ola bilərdi. Bu nəticəyə fransalı alimlər gəliblər.
Analytical Chemistry dərgisində dərc olunan araşdırma işində deyilir ki, belə makiyaj göz xəstəliklərinin qarşısını ala bilərdi.
Deyilənə görə, həmin dövrdə makiyajda istifadə edilən duzun böyük xeyri olub.
Aşağı səviyyədə olan duzlardan nitrik oksid maddəsi əmələ gəlir. Bu isə immun sistemini möhkəmləndirir və gözdə infeksiyaya gətirən bakteriya ilə mübarizə aparmağa yardım edə bilər.