Dəri çatları (striyalar) – yeniyetmə dövründə, hamiləlikdən sonra, orqanizmin çəkisinin artıb-azalması nəticəsində, eləcə də, endokrin xəstəliklər üzündən yaranan atrofiyaya uğramış çapıqlardı.
Belə hesab olunur ki, bütün hallarda çatların yaranmasına səbəb orqanizmdə hormon balansının pozulması, stress (ilk növbədə kortizol) və qadın cinsi hormonları və s. normadan artıq əmələ gəlməsidir.
Dəri çatlarının inkişafında əsas rolu dəri xüsusiyyətlərinin dəyişməsi, yəni onun elastikliyi, nəmliliyinin azalması, sinir uclarının zədələnməsi nəticəsində keçiriciliyin pozulması və mikrodövriyyənin korlanmasıdır.