
Vaksinlər ilk növbədə həkimlərə, su nəqliyyatı , gömrük işçilərinə və risk qrupuna daxil olan şəxslərə vurulacaq.
Bu gündən etibarən Azərbaycanda “donuz qripi”nə qarşı vaksinasiyaya başlanacaq. Proses məcburi qaydada həyata keçirilməyəcək.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemiologiya şöbəsinin müdiri Emin Babayevin sözlərinə görə, vaksinasiya işləri iki iri şəhərdən, yəni Bakı və Sumqayıtdan başlayacaq. Emin Babayev bildirib ki, vaksinlər ilk növbədə həkimlərə, su nəqliyyatı , gömrük işçilərinə və risk qrupuna daxil olan şəxslərə vurulacaq. Epidemioloqun sözlərinə görə, risk qrupunda olan şəxslər peyvənd olunmaq üçün poliklinkalara müraciət edə bilərlər.