
Alimlər ən gözəl qadın sifətinin ölçülərini hesabladıqlarını hesab edirlər.
Onlar deyirlər ki, burada əsas məsələ gözlər, ağız və qulaqlar arasındakı məsafədir
Nəticələri bir yerə toplayandan sonra kanadalı müğənni Shania Twainin ən gözəl sifətə malik olduğu müəyyən edilib.
Araşdırma işini Toronto Universitetinin alimləri aparıblar. Nəticələr isə Vision Research dərgisində açıqlanıb.
Tədqiqatçılar tələbələrdən eyni qadının sifəti təsvir edilən və yan-yana düzülmüş şəkilləri cəlbediciliyə görə müəyyən etməyi xahiş ediblər.
Onlar photoshopdan istifadə edərək gözlərlə ağız arasındakı vertikal məsafəni, eləcə də hər şəkildə gözlər arasındakı horizontal məsafəyə dəyişiklik ediblər.