Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Kardiologiya
Oftalmologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Hansı diş məcunundan istifadə edirsiz?

Aquafresh
Colgate
Blend-a-med
Lacalut
R.O.C.S
OralB
Parodontax
Sensodyne
Pepsodent
Digər




Яндекс.Метрика



loading...


Sağlamlıq: Stresə nəzarət insanın öz əlindədir
| 23 Sentyabr 2009

Stresə nəzarət insanın öz əlindədir Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq
Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stress. Tibb lüğətində stress adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stress heç zaman olmayıb.
Nevrologiya üzrə mütəxəssis, professor Mehmet Yavuz streslə bağlı uzun illərdir ki, səmərəli araşdırmalar aparır. Gəldiyi qənaətlər elə bilirik ki, hər kəs üçün faydalı hesab edilə bilər. O, insanların gündəlik iş həyatında stresdən uzaq durması və ya qurtarması üçün çox səmərəli təkliflər irəli sürür.

İş həyatında stresə qarşı tədbirlər
Əgər oturaq işlə məşğul olursunuzsa, professor Yavuz sizə məsləhət görür ki, heç olmasa, yarım saatdan bir oturduğunuz yerdən qalxıb, 3-5 dəqiqə gəzinməli, mümkünsə, aradabir əl-qol hərəkətləri yerinə yetirərək tənəffüsünüzü genişlətməli, el dilində deyildiyi kimi, qırışığınızı açmalısınız. Yavuz bəy insanın uzun müddət hərəkətsiz halda bir yerdə oturmasının stresə səbəb olduğunu bildirir.
İş həyatında mümkün qədər sərbəst olmaq, uzun-uzadı telefonla danışaraq əsəbiləşməmək, kənar məsələlərə müdaxilə edərək özünə əlavə əsəb yeri yaratmamaq məsləhət görülür. Əgər işdə yorulmusunuzsa, axşam qonaq getməkdən və ya kimisə evinizə dəvət etməkdən vaz keçin. Yaşınız 50-dən keçibsə, stresə qarşı daha tədbirli olmalısınız. Çünki mütəxəssislər 50-60 yaş arasında orqanizmdə ciddi dəyişikliklərin baş verdiyini və bu yenilənmə prosesində stresin ağır nəticələr törədə bilmək ehtimalının yüksək olduğunu deyirlər.

Stresi azaltmaq üçün bəzi tədbirlər
Professor Yavuz əslində iradəli insanların stresdən qurtarmalarının heç də çətin olmadığını söyləyir. Bunun üçün insan istər psixoloji, istərsə də fiziki baxımdan özünə nəzarəti, hakimiyyəti ələ almalıdır. Əgər diqqət yetirmisinizsə, stresli insanlarda daha çox boyun-boğaz əzələləri gərilir. Əgər əsəbiləşdiyinizi hiss edirsinizsə, özünüzü ələ alın və boyun əzələlərinizi yüngülcə masaj edin. Bu məsələdə sınanmış başqa bir yol da var: üz-gözü, qolları dirsəkdən aşağı yaxşıca yumaq, boyun-boğazı islatmaq.

Dərindən nəfəs almaq
Belinizi dik tutun və ya ayaq üstdə dayanın. Yavaş-yavaş və dərindən nəfəs alın. Nəfəs aldıqca köksünüzün qabardığını hiss edəcəksiniz. Bunu daha yaxşı hiss etmək üçün əllərinizi sinənizdə çarpazlayın, ciyərlərinizi gücünüz yetdiyi qədər hava ilə doldurun və bir neçə saniyə beləcə qalın. Sonra şam üfürürmüş kimi nəfəsinizi verin. Nəfəs verdiyiniz zaman özünüzdə qəribə duyğular hiss edəcəksiniz. Bu prosesi 4-5 dəfə təkrarlayın və sonra bir neçə dəqiqə sakitcə oturun. Hiss edəcəksiniz ki, stresiniz xeyli azalıb.
Professor Yavuz tənəffüsün əhəmiyyətini insanların unutduğunu xüsusi vurğulayır və normal tənəffüs edən insanın xəstələnmə riskinin xeyli az olduğunu irəli sürür.
Yavuz stresli adamlara gün ərzində sevdikləri işlə məşğul olmağı məsləhət görür. Əgər bir iş sizin üçün işgəncə kimi ağırdırsa, əlbəttə, gün boyunca ovqatınız pozulacaq. Əgər başqa seçiminiz yoxdursa, gərginliyi azaltmaq üçün xobbilərinizi gündəlik həyata daxil etməyiniz məsləhət görülür.

Evinizə piyada çıxın
Bəlkə də, əvvəllər siz idmanla məşğul olmamısınız. Ancaq indi yaşınızın elə mərhələsidir ki, hər cür psixoloji gərginlikdən qorunmaq üçün müxtəlif fiziki təmrinləri yerinə yetirməlisiniz. Xüsusilə də, bu təmrinlər avtomobil sahibləri üçün daha çox məsləhət görülür. Əgər bir yerə gedirsinizsə, maşınınızı bir qədər aralıda saxlayın, təxminən avtomobildən düşəndən sonra 100-150 metr addımlayın. Gərgin iş rejimindən sonra evinizə gəlirsiniz, liftin qarşısında dayanıb, düyməni basırsınız. Cəmi 4 ya 5 mərtəbə qalxacaqsınız. Yaxşı olar ki, pilləkənləri ayaqla çıxasınız. İş rejimindən sonra əziyyət də olsa, bu sizin üçün çox səmərəli, faydalı olacaq. Əgər imkanınız varsa, bağda, həyətdə fiziki işlə məşğul olun. Axşam özünüzü narahat hiss edirsinizsə, hava almaq adı ilə həyətdə bir qədər gəzib-dolaşın. Ümumiyyətlə, gündəlik rejiminizi aktiv hala gətirməyə çalışın. Hər həftə, heç olmasa, iki həftədən bir gündəlik həyatınıza yeni şeylər əlavə edin.

Reytinq:
 (səs sayı: 3)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 5774 dəfə

15.01.2016
Türk alimlər süni qan istehsal etdi

15.01.2016
Görmə qüsuru olanlar qismən də olsa görə biləcəklər

13.01.2016
Soyuqdəmyə təsirli yarpaq

07.01.2016
ABŞ-da pasiyentə 3D burun köçürülüb

06.01.2016
Öskürəyə bu çay təsirlidir

30.12.2015
Bu içki beynin strukturuna təsir edir

23.12.2015
Dövrümüzün əkiz problemi: Stress və Yorğunluq

22.12.2015
D vitamini çatışmazlığı arıqlamağı çətinləşdirir

17.12.2015
Azərbaycanda yeni dərman zavodları açılacaq

17.12.2015
Yaşıl çay kalorini artırmağa təsirlidir

16.12.2015
Lisenziyasız özəl tibbi fəaliyyətə görə cərimələr artırılır

10.12.2015
Səhiyyə Nazirliyi: Apteklərdə vətəndaşlara dərman vasitələri barədə məlumat veriləcək

09.12.2015
Beyin anevrizmalarında əməliyyatsız müalicə

08.12.2015
Stressə qarşı bunlara əməl edin

07.12.2015
Həyatın məqsədi ölüm və ürək xəstəlikləri riskini azaldır

04.12.2015
Beyin və sinir xəstəliklərinin müalicəsində fərqli metod ilə müalicə

02.12.2015
Türkiyəli alim beyin xərçənginə səbəb olan mexanizmləri kəşf edib

02.12.2015
Arıqlamaq üçün yağ yandırıcı qəhvə

25.11.2015
Yuxu pozğunluğu xəstəliyinin həlli

23.11.2015
"Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları" təsdiqlənmişdir

20.11.2015
Alimlər: Barmaqdan qan analizi dəqiq olmur

19.11.2015
Lunatizmə qarşı ehtiyyatlı olmaq vacibdir

17.11.2015
Nəmləndirici məhsullar dərinin canlı və gözəl olmasına təsirlidir

17.11.2015
Uşaqların əqli inkişafı üçün balıq

13.11.2015
Çəki atmanın daha bir yolu

06.11.2015
Toxumalara bu qidalar xeyirlidir

05.11.2015
Göbǝk ciyəsindəki kök hüceyrǝlǝri ürǝyin sağaldılması üçün istifadə ediləcək

04.11.2015
İflicin müalicəsi üçün maraqlı texnologiya

02.11.2015
Antibiotikləri ehtiyatla istifadə edin

30.10.2015
Uzun ömürlüyün siyahısında olan ölkələr

28.10.2015
Elm adamları səs dalğaları ilə beynə nəzarət etməyi bacardı!

27.10.2015
Estetik əməliyyatdan sonra turş qidalardan az istifadə edin

27.10.2015
Metabolik sindrom və əsəb xəstəliyi üçün omega 3 xeyirlidir

21.10.2015
Depressiya iştaha problemlərinə, unutqanlıq, ya da diqqət çatışmazlığına səbəb olur

21.10.2015
Dişlərin yenidən bərpa olunması mümkündür

20.10.2015
Artıq evde QİÇS testi etmək mümkün olacaq

19.10.2015
Dişləri daha yaxşı necə ağarda bilərik?

16.10.2015
Artıq çəki probleminin daha bir həlli - üzgüçülük

16.10.2015
Nikahqabağı tibbi müayinə oktyabrdan ödənişli həyata keçirilir

14.10.2015
Yedikcə aclıq hissini artıran qidalar

Xəbərlərə abunə ol
Email:
«    Sentyabr 2009    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.