Oftalmalogiya: Kontakt linzalar və onlardan istifadə qaydaları
Kontakt linzaların ekzotik və əlçatmaz olduğu vaxtlar artıq geridə qalıb. Bir zamanlar Qərb qadınlarının geyimlərinə uyğun olaraq gözlərinin rəngini asanlıqla dəyişməsinə qibtə etdiyimiz halda, indi dünyanın ən böyük şirkətlərinin linzalarını əldə edə bilərik. Ümumiyyətlə, gözün optik korreksiyasının üç növü məlumdur: eynək, kontaktlı linzalar və cərahiyyə vasitəsilə. Amma bu gün istifadə edilən korreksiya metodları tam şəkildə biri-birinin alternativi deyil. Onların hər birinin müxtəlif situasiyalarda mənfi və müsbət cəhətləri var.
Ana və Uşaq: Uşaqlar nə vaxt danışmağa başlamalıdırlar?
Uşaqlar nə vaxt danışmağa başlamalıdırlar? İlk sözü nə vaxt deməlidirlər? İkisözlü, üçsözlü cümlələrə keçid hansı yaş dövrlərinə təsadüf edir? Bu suallar demək olar ki, bütün anaları düşündürür. Xüsusilə də, yeni ana olmuş qadınlar təcrübəsiz olduqları üçün uşaqlarını başqaları ilə müqayisə edərək, yersiz həyəcanlara yol verirlər. Elə isə bu həyəcanları aradan qaldırmaq üçün uşaqlarda dilin əsas inkişaf mərhələlərini nəzərdən keçirək...
Tez-tez eşitdiyimiz şikayətlərdən biri də saç tökülməsidir. Bunun təbii proses olduğunu bilsək də, bir çox xəstəliklər də saç tökülməsinə səbəb olur. Qanazlığı, qalxanvarı vəzi, toxuma xəstəlikləri saç tökülməsində mühüm rol oynayır. Dəridə müşahidə etdiyimiz bir çox xəstəliklər də saçın tökülməsinə gətirib çıxara bilər. Saçın tökülməsinə təsir edən amillərdən biri də saça düzgün qulluq etməməkdir. Təbii ki, burada saçlara vurulan kimyəvi maddələrin də (məsələn, saç rəngi kimi) rolu az deyil.
Əncir, qaysı, tut və üzüm kimi qurudulmuş meyvələrdə A vitamini daha çox olur. İnkişaf etməkdə olan uşaq və yeniyetmələrin qurudulmuş meyvələrdən istifadə etmələri məsləhətdir. Bu meyvələr sinir sistemini gücləndirir, zehni inkişafa müsbət təsir göstərir, dəmirlə zəngin olduğu üçün orqanizmin müqavimətini artırır. Meyvələri təmiz və quru şəraitdə qurutduqda tərkibindəki su 80-90 faizdən 10 faizə düşür. Bu sırada vitamin və minerallar çoxalır.
Gözəllik: Səpgili, solğun və təravətini itirən yağlı dəri üçün maskalar
Istifadəçilərin çox saylı xaişini nəzərə alaraq sizlərə yağlı dəri üçün maskalar təqdim etmək istəyirik. 1. Balqabaq dərini yaxşı yumşaldır, təravətləndirir, və eyni zamanda qidalandırır. 2. Təmiz yuyulmuş üz dərisinə balqabağın ətli hissələrini 20-30 dəqiqəlik oymaq lazımdır. Maskanı sərin su ilə yuyun. 3. Orta ölçülü qreypfrutu qabıqdan və pərdəciklərdən təmizləmək, əzmək və 1 fincan qatıq qatmaq alınmış qarışığı 1 saatlıq soyuducuda saxlamaq sonra bunu üzün dərisinə və boynuna çəkmək 30 dəqiqə saxlamaq lazımdır.
Allergiya və onun yaranma səbəbləri. Allergiya-orqanizmin allergen adlanan,ətraf mühitdəki bəzi faktorlara(kimyəvi maddələrə,mikroblara və onların həyat fəaliyyətinin məhsullarına,qida məhsullarına və.s) qarşı yüksək həssaslığıdır. Allergiyanın fizioloji mexanizmi, orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Buda həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəyifliklə özünü biruzə verir.
Əti çox yeyənlər qəbizlik problemi yaranmaması üçün gündə mütləq ən azı 2 litrə qədər su içməlidirlər. Bundan əlavə, çoxlu meyvə-tərəvəz yemək də məsləhətdir. Həzm problemi və ya xolesterolu olanlar, həmçinin ürək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər də çox ət yeməməlidirlər. Heyvan mənşəli proteinlərlə zəngin olan qidalardan istifadə edənlərdə qalın bağırsaq xərçənginə yoluxmaq ehtimalı daha yüksəkdir.
Hamiləlik zamanı diş və diş ətləri də həssaslaşır. Bu dövrdə dəyişən rejim diş əti xəstəliklərinə və diş çürümələrinə səbəb olur. Buna görə də hamilə qadınlar diş sağlamlığına əvvəlkindən daha çox diqqət yetirməlidirlər. Çünki hamiləlik zamanı davam edən uzunmüddətli diş əti xəstəlikləri hətta erkən doğuşa da gətirib çıxarır. Hamiləlikdə ağız və dişlərin sağlamlığı üçün görüləcək tədbirlər aşağıdakılardır:
Səhiyyə: Həkimlərin səhlənkarlığı ucbatından 18 yaşlı azərbaycanlı qız Sankt-Peterburqda dünyasını dəyişib
Sankt-Peterburqda həkimlərin səhlənkarlığı ucbatından 18 yaşlı azərbaycanlı Elvira Cəfərova dünyasını dəyişib. APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, “təcili yardım”ın həkimi E. Cəfərovaya osteoxondroz diaqnozu qoyaraq, “qorxulu bir şey yoxdur” deyib. Həkim gedəndən sonra isə qızın vəziyyəti bir az da pisləşib, valideynləri «təcili yardım»a bir daha müraciət edəndə onlara xəstənin müayinə edildiyi, osteoxondroz kimi xırda xəstəlikdən ötrü «təcili yardım» çağırmağa ehtiyac olmadığı bildirilib.
Səhiyyə: Bakı Şəhər Baş Səhiyyə İdarəsi profilaktik müayinələr təşkil edir
Elmi Onkoloji Mərkəzin dəstəyi ilə Bakı Şəhər Baş Səhiyyə İdarəsi Suraxanı rayon əhalisi üçün mobil maşınla tibbi profilaktik müayinələr təşkil edir.
Tədbirin keçirilməsində əsas məqsəd onkoloji və digər xəstəliklərin erkən aşkarlanmasıdır. Tədbir 19.02.2009-cu il tarixində Əmircan qəsəbəsindəki 4 saylı tibbi sanitar hissədə saat 10:00-da başlayacaq. Müayinələr 2 gün davam edəcək.
Makyajınızı bürcünüzə görə edin. Bürclərin həyatımızdakı rolu məlum. Doğumumuzdan başlayaraq bütün həyatımıza təsir edən bürclər özünü gözəlliyin ən önəmli tamamlayıcısı olan makyajda da göstərir. Gözəllik mütəxəssisləri hər zaman qadınlara öz xasiyyətlərinə, üz tiplərinə, və ortama uyğun makyaj etməyi məsləhət görürlər. Bu da sizin üçün astrolojiyə görə ediləcək makyaj növləri.
Kişisinizsə və daha sağlam bir həyat sürmək istəyirsinizsə təməl olaraq 10 nöqtəyə diqqət yetirməniz lazımdır. American Newsweek jurnalı, kişilərə daha uzun ömürlü olmalarının sirrini verdi. Xəbərdə dünyadakı qadınların ortalama olaraq 80,4 il yaşadığı, kişilərinsə bundan 5,2 il daha az həyatda qaldığı ifadə olundu. Newsweek ə görə sağlam olmaq üçün yerinə yetirməli lazım olan 10 qayda belədir:
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.