Səhiyyə: Azərbaycan uşaq ölümü üzrə Qafqazda liderdir
BMT-nin Uşaq Təşkilatı UNİCEF dünən 2009-cu il üçün dünya uşaqlarının vəziyyəti üzrə illik hesabatını açıqlayıb. Hesabata görə, 2007-cı ildə beş yaşına qədər uşaqlar arasında ölümün ən çox yayıldığı ölkələr sırasında Azərbaycan da var. Ölkə hər min körpədən 39-nun ölümü ilə 77-cı yerdədir, yəni Cənubi Qafqaz ölkələri rasında 1-ci yeri tutur. Bu hesabatda Ermənistanla Gürcüstan daha yaxşı yerdədirlər – biri 99-cu, digəri 88-ci yerləri paylaşır. MDB ölkələrindən uşaq ölümünə görə Azərbaycanı qabaqlayan isə Türkmənistan, Özbəkistan və Tacikistandır.
Azərbaycanda doğulan 1000 uşaqdan 34-ü isə 1 yaşına çatmamış ölür. bu baxımdan da qonşu gürcüstan və ermənistanda vəziyyət daha yaxşıdır. gürcüstanda hər min uşaqdan 27-si, Ermənistanda 22-si 1 yaşını qeyd etmədən ölür.
Cənubi qafqaz ölkələri arasında daha fərqli rəqəm isə 2004-cü doğulan kimi ölən uşaqlarla bağlıdır. Hesabatda göstərilir ki, Azərbaycanda doğulan kimi ölən körpələr 1000 nəfərdən 35-i olduğu halda, ermənistanda bu rəqəm 18, gürcüstanda isə 20-dir.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.