Elmi kəşflər: Müsəlman alimlərinin tibb elminə tövhələri
Müsəlman alimləri bir çox ixtira və kəşfləri ilə avropalıları əsrlərlə qabaqlamışlar. Avropada cəhalətlə öyünüldüyü, elmlə düşmənçilik edildiyi, elm adamlarının öldürülüb yandırıldığı inkvizasiya dövrlərində müsəlman alimlər tərəfindən həyata keçirilmiş bəzi elmi axtarış və kəşflər diqqətəlayiqdir. İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edildi. Avropada isə yalnız uzun illər sonra belə bir fabrik açıldı. 1100-cı ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə ilk kağız fabrikləri fəaliyyətə başladı. Məlum olduğu kimi kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin qurulması elmin sürətlə yayılmasını göstərir.
Hələ keçmiş zamanlarda müşahidə etmişlər ki, cavan və tam sağlam valideynlərdə də hərdən qeyri-adi avazımış, ya da saralmış uşaqlar ola bilər. Belə uşaqlar, adətən, anadan olandan bir az sonra ölürdü-lər. Sağ qalmış belə uşaqlar baş beynin ciddi zədə-lənməsi nəticəsində əlil olurdular. Sonradan aşkar oldu ki, uşağın ana bətnində belə ağır xəstələnməsinə səbəb, necə deyərlər, rezus-uyğunsuzluqdur. 1940-cı ildə müəyyən edildi ki, insanın eritrosit-lərinin tərkibində xüsusi zülali maddə vardır, sonralar bunu rezus-amil adlandırdılar. Tədqiqatların davamı göstərdi ki, bu maddə insanların hamısında olmur. Yer kürəsinin əhalisinin 15%-də eritrositlərinin tərkibində rezus-amil yoxdur, bunlar rezus-mənfidir, eritrositlərində rezus-amil olan qalan 85%-isə rezus-müsbətdir. Beləliklə, eritrositlərində rezus-amilin olub-olmamasından asılı olaraq adamlar 2 qrupa bölünürlər. Qanında olan rezus-amil adamların saqlamlığı na, onların səhhətinə, zehin qabiliyyətinə və s. heç bir təsir etmir. Bu əlamət insanın irsən ötürülən bioloji xüsusiyyətidir. Qan qrupu kimi, adamın rezus mənsubiyyəti də ömrü boyu dəyişmir.
Səhiyyə: Respublikada quş qripi xəstəliyinə yoluxma halları yoxdur
Yanvarın 12-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış cari ilin ilk monitorinqi zamanı seçmə üsulla ovlanaraq götürülən 33 baş çöl quşunun, 3 baş ev quşunun patoloji materialı, həmçinin ölkəmizin ayrı-ayrı quşçuluq və həyatyanı təsərrüfatlardan gətirilən 1982 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilmişdir. Bununla əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, müayinə edilmiş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməmişdir. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilmişdir. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara rast gəlinməmişdir.
Qadınların başını qatmaqda və ilk baxışdan cəzb etməkdə mahirdirlər. Onların xoşuna gəlir ki, qadını həsrətdə qoysunlar və ''bişmiş məsələni'' uzatsınlar. Amma öz ovlarını ələ keçirəndən sonra qadınlar peşman olmayacaq: çünki o, çox yaxşı kişidir.
II qan qrupu olan kişilər:
çox çəkingən, utancaqdırlar. Sevgi və istəklərini baxışları ilə, özü də gizli çatdırırlar. O, qadını heç vaxt möhkəm sıxmaz. Yüngül toxunuş, yavaş hərəkətlər... Onun həyat yoldaşı gərək həmişə nəzərə çatdırsın ki, ərini sevir. Bu kişilər qadına çox məhrəm, hətta ana kimi baxırlar. Ona görə də ehtiras onlar üçün əsas deyil. Qayğıkeş, işgörən, bəzənsə özlərindən böyük xanımla ailə qururlar.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
Çində mədə ağrısı şikayəti ilə xəstəxanaya gedən 92 yaşlı qadın həkimləri şoka salıb.
Med.az-ın məlumatına görə, Huanq Yijun adlı qadını rentgenə salan doktor gözlərinə inanmayıblar, sən demə, o, 61 ildir, hamiləymiş. 92 yaşlı nənə 60 il əvvəl başına gələnləri danışanda isə əsl həqiqət ortaya çıxıb. Belə ki, Huanq Yijun 1948-ci ildə hamilə qalıb. Amma körpə bir neçə aylıq ikən ana bətnində tələf olub. Həkimlər ölü dölü bətndən çıxarmaq üçün 100 sterlinq istəyiblər və qadın nəticədə süni doğuşdan imtina edib.
Səhiyyə: Azərbaycan uşaq ölümü üzrə Qafqazda liderdir
BMT-nin Uşaq Təşkilatı UNİCEF dünən 2009-cu il üçün dünya uşaqlarının vəziyyəti üzrə illik hesabatını açıqlayıb. Hesabata görə, 2007-cı ildə beş yaşına qədər uşaqlar arasında ölümün ən çox yayıldığı ölkələr sırasında Azərbaycan da var. Ölkə hər min körpədən 39-nun ölümü ilə 77-cı yerdədir, yəni Cənubi Qafqaz ölkələri rasında 1-ci yeri tutur. Bu hesabatda Ermənistanla Gürcüstan daha yaxşı yerdədirlər – biri 99-cu, digəri 88-ci yerləri paylaşır. MDB ölkələrindən uşaq ölümünə görə Azərbaycanı qabaqlayan isə Türkmənistan, Özbəkistan və Tacikistandır.
Azərbaycanda doğulan 1000 uşaqdan 34-ü isə 1 yaşına çatmamış ölür. bu baxımdan da qonşu gürcüstan və ermənistanda vəziyyət daha yaxşıdır. gürcüstanda hər min uşaqdan 27-si, Ermənistanda 22-si 1 yaşını qeyd etmədən ölür.
Cənubi qafqaz ölkələri arasında daha fərqli rəqəm isə 2004-cü doğulan kimi ölən uşaqlarla bağlıdır. Hesabatda göstərilir ki, Azərbaycanda doğulan kimi ölən körpələr 1000 nəfərdən 35-i olduğu halda, ermənistanda bu rəqəm 18, gürcüstanda isə 20-dir.
İngiliscə SAD adlanan bu hal depressiyanın bir növüdür. Bu, adamlara ilin müəyyən mövsümündə təsir edir. Ya payızda, ya da qışda. Yaz və yay vaxtı SMP-dən əziyyət çəkənlər özlərini yaxşı hiss edirlər.
Bu halın yaranması səbəbləri nədir?
Mütəxəssislərin fikrincə, SMP gün işığı çatışmazlığı ilə bağlıdır. Yəqin buna görədir ki, yaz və yay vaxtı belə haldan əziyyət çəkənlər özlərini yaxşı hiss edirlər. Onlar gün qısaldıqca SMP-u halını hiss etməyə başlayırlar.
Mədəaltı vəzin ifraz etdiyi bir hormon olan insulin, qlükozanın bədən tərəfindən sorulmasın təmin edir. Normal işləyən mədəaltı vəzi qanda qlükozanın səviyyəsini daim norma daxilində saxlayır. Bəzən bu sistem pozulur. Mədəaltı vəzinin insulin ifrazının azalması, ya da insulinin təsirinin azalması nəticəsində qanda qlükozanın miqdarı yüksəlir və şəkər xəstəliyi meydana çıxır.
Əlamətləri : Tez-tez susama. Sidiyin miqdarının və çəkisinin artması. İştah artsada çəkinin azalması. Yörğunluq, ürəkbulanma, qusma. Vaqinanın iltihabı, görmə zəyifliyi. Bəzən kişilərdə impotensiya, qadın!arda menopauza.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.