Səhiyyə: “Azərsutikinti” xəstəxanasında Azərbaycanın ən iri hemodializ mərkəzi açılacaq
| 30 Dekabr 2008
Azərbaycan Səhiyyə Nazirliyi yaxın vaxtlarda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün Sumqayıt, Şamaxı, Bərdə, Tovuz, Quba və Cəlilabad şəhərlərində hemodializ mərkəzləri açacaq. Nazirlikdən verilən məlumata görə, artıq Naxçıvan, Gəncə, Siyəzən, Şirvan, Lənkəran, Qazax, Zaqatala və Qəbələ şəhərlərində belə mərkəzlər istifadəyə verilib. Hazırda respublikada fəaliyyət göstərən 16 dializ mərkəzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən 1200-ə yaxın xəstə üçün dövlət hesabına hemodializ seansları aparılır və xəstələr müvafiq dərman vasitələri ilə tam təmin olunur. Nazirlikdən bildirilib ki, yaxın vaxtlarda respublika prezidentinin sərəncamı əsasında Respublika Klinik Uroloji Xəstəxanasında yaradılan Böyrəkköçürmə Mərkəzi fəaliyyətə başlayacaq. Bununla yanaşı, gələn il yanvar ayı ərzində həm də Bakıdakı “Azərsutikinti” xəstəxanasında respublikanın ən iri hemodializ mərkəzinin açılışı nəzərdə tutulur. Bu mərkəzdə gün ərzində təqribən 35 xəstənin hemodializ edilməsi gözlənilir.
A jordan 1 few of many years ago, rado watch you couldn't proceed for new balance shoes Wombat fever. Everywhere diesel jean from concerning the roofing of St George's Hall with Ringo for that start of Liverpool supra shoes cash of tradition yr for that MTV Awards, the quirky trio have been on best of the game. on 17878996852001
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.