Hepatit A olduqca yoluxucudur və xalq arasında sarılıq adıyla tanınınr. Hepatit A, saglam insana bu xəstəliyi daşıyan bir insanla eyni qida və ya su istifadəsi səbəbi ilə yoluxar. Ayrıca cinsi əlaqə və ya xəstə bir insanın qan, sidik kimi bədən mayelərinə təmasla da yoluxma mümkündür. Ümumiyyətlə xəstələrin böyük bir əksəriyyəti yaxşılaşar amma xəstəlik olduqca ağır keçər. Digər hepatit növləri kimi hepatit A 'da qaraciyərin iltihablanmasına səbəb olar Hepatit A' nın əlamətləri: Bütün viral hepatitlerde sarılıq başlamadan əvvəl: * Ürək bulanması, qusma, ishal, * Şiddətli iştahsızlıq, * Mədə - bağırsaq şikayətləri, * Qarnın üst bölgəsində ağrı, * Yorğunluq. Tək Hepatit – A-da 38 C yüksək tempraturla yanaşı (influenzadakı kimi) oynaq ağrıları da əmələ gəlir. Tempratut, ümumiyyətlə sarılığın ilk bir neçə günündə normala dönər. Virual Hepatitlərdəki ən tipik ifadə olunan: * Göz ağının, dəri və mukoz membranların saralması, * Sidiyin rənginin tündləşməsi, * Nəcisin rənginin açılmasıdır. Xəstəliyin başlanğıcından 2 - 3 həftə sonra nəcisin rəngi normala dönər. Bir və ya iki həftə sonra qaraciyər böyüyə bilər və sarılıq görülə bilər.
Səhiyyə: “Azərsutikinti” xəstəxanasında Azərbaycanın ən iri hemodializ mərkəzi açılacaq
Azərbaycan Səhiyyə Nazirliyi yaxın vaxtlarda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün Sumqayıt, Şamaxı, Bərdə, Tovuz, Quba və Cəlilabad şəhərlərində hemodializ mərkəzləri açacaq. Nazirlikdən verilən məlumata görə, artıq Naxçıvan, Gəncə, Siyəzən, Şirvan, Lənkəran, Qazax, Zaqatala və Qəbələ şəhərlərində belə mərkəzlər istifadəyə verilib. Hazırda respublikada fəaliyyət göstərən 16 dializ mərkəzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən 1200-ə yaxın xəstə üçün dövlət hesabına hemodializ seansları aparılır və xəstələr müvafiq dərman vasitələri ilə tam təmin olunur. Nazirlikdən bildirilib ki, yaxın vaxtlarda respublika prezidentinin sərəncamı əsasında Respublika Klinik Uroloji Xəstəxanasında yaradılan Böyrəkköçürmə Mərkəzi fəaliyyətə başlayacaq. Bununla yanaşı, gələn il yanvar ayı ərzində həm də Bakıdakı “Azərsutikinti” xəstəxanasında respublikanın ən iri hemodializ mərkəzinin açılışı nəzərdə tutulur. Bu mərkəzdə gün ərzində təqribən 35 xəstənin hemodializ edilməsi gözlənilir.
Stomatologiya: Avropada ən bahalı stomatoloji xidmət Ingiltərədədir
Hollandiya alimlərinin dediyinə görə, Avropada ən bahalı stomatoloji xidmət Böyük Britaniyadadır. Health Economics jurnalının verdiyi xəbərə əsasən, bu ölkədə dişin plomblanması Avropada ən ucuz qiymətlərə malik olan Macarıstandan 19 dəfə bahadır. Araşdırmanın rəhbəri Svon Ten (Swan Tan) və onun Rotterdamda yerləşən Erazm adına Tibbi Texnologiyaların Qiymətləndirilməsi Universitetindən əməkdaşları doqquz Avropa ölkəsində dişlərin müalicə qiymətlərini müqayisə etmişlər. Nümunə olaraq onlar 12 yaşında qızın azı dişini plomblamaq üçün tələb olunan məbləği araşdırmışlar.
Səhiyyə Nazirliyi çörək, qənnadı məmulatları, taxıl saxlama anbarları və un dəyirmanları üçün yeni sanitariya norma və qaydaları hazırlayıb. 2008-ci ildə əhalinin sanitariya-epidemioloji sağlamlığının qorunması sahəsinə 15 milyon manat xərclənib. 2009-cu il il bu sahəyə 22,22 milyon manat ayrılması planlaşdırılıb. Bu isə 2004-cü illə müqayisədə təxminən 7 dəfə, 2008-ci illə müqayisədə isə 70 faiz çoxdur. Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov açıqlamasında bildirib ki, 2008-ci ildə Qobustanda, Nərimanov rayonunda, Abşeron və Ağdaşda yeni Gigiyena və Epidemiologiya mərkəzləri istifadəyə verilib.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.