|
LOR: Qulağın yad cismi | |
| 5 Dekabr 2008 |
Qulağın yad cisimləri üzvi (noxud, lobya, meyvə dənələri) və qeyri-üzvi (metal diyircək, uşaq oyuncaqlarının kiçik hissələri) mənşəli ola bilərlər. Qulağa canlı yad cisimlər də düşə bilərlər: milçəklər, ağcaqanadlar, gənələr, kiçik böcəklər və s.
Yad cisimlər daha çox uşaqlarda müşahidə olunur, onlar özləri oyun vaxtı kiçik hissələri qulaqlarına qoyurlar. Kiçik həşaratlar özləri girə bilərlər.
Simptomlar və gedişat
Yad cisimlər çox vaxt eşitmə yolunda ilişirlər. Böyük hissələr o qədər də narahatçılıq yaratmırlar. Böyük yad cisimlər zamanı xarici eşitmə yollarını tamamilə tuturlar, ağrı verirlər, astmaya oxşar refleksiv öskürək törədirlər, ürəkbulanma, qusma, pis eşitmə kimi hisslər olur. Qulağa girən həşaratlar eşitmə yolu və qulaq pərdəsi ilə aktiv hərəkətdə olarkən qəfil ağrı və subyektiv xoşagəlməz küylər yaradırlar.
Müalicə
Yad cisimlər qulağa düşərkən həkimə müraciət etmək lazımdır.
Şişməyən yad cisimləri tərkibində dezinfeksiya maddələri (zəif permanqanat kalium, furasillin məhlulu) olan su şırnağı ilə yuyurlar.
Şişmiş yad cismin (noxud, lobya) ölçülərini kiçiltmək üçün əvvəlcə qulağa 70%-li spirt tökürlər, sonra isə su ilə yuyurlar və ya xüsusi alətlə çıxarırlar. Kağız parçasını, kimyəvi qələm ucunu və bu kimi yad cisimləri, həmçinin, alətlə çıxarırlar.
Canlı yad cisimləri əvvəlcə öldürürlər (vazelin, günəbaxan və ya kamfora yağlarını tökməklə), sonra yuyurlar. Bəzi hallarda, əgər yad cismi qulaqdan çıxartmaq mümkün deyilsə, cərrahi müdaxilə tətbiq edirlər.
Yumru formalı yad cismi eşitmə yolundan pinsetlə çıxartmaq olmaz, çünki onu daha da dərinə sala bilərsiniz. Bəzi hallarda yad cismi çıxartdıqdan sonra iltihab əleyhinə müalicə aparılır.
|
|