|
LOR: Otit | |
| 5 Dekabr 2008 |
Otit qulağın iltihabıdır. Otitin xarici, orta və daxili, kəskin və xroniki, kataral və irinli formaları vardır.
Qulağın iltihab səbəbləri müxtəlif mikroorqanizmlər (viruslar, bakteriyalar, ibtidailər və s.) ola bilərlər. Xarici otitin inkişafının səbəbi soyuqlama (xüsusən də yerli), cimərkən qulağa su düşməsi, qulaq deşiyi nayihəsinə digər qıcıqlandırıcı təsirlərdirlər. Çox vaxt xarici otitin inkişafına qulağa kibrit, sancaq və digər əşyalar salındıqda mikrozədələnmələr də səbəb olurlar.
Otitlə hamı, xüsusən uşaqlar xəstələnə bilərlər. Üç yaşına qədər uşaqların 80 faizində heç olmazsa bir dəfə orta otitə rast gəlinir.
Xarici otitin inkişafına iki əsas faktorlar səbəb olurlar: iti əşya (sancaq, diş təmizləyən) ilə infeksiyanın daxil olması, mayenin xarici eşitmə yoluna düşməsi və yığılması. Adətən xarici otit su ilə əlaqədə yarandığından ona "üzgüçü qulağı"deyilir.
Orta otitdən əvvəl yuxarı tənəffüs yollarının infeksiyası baş verir (zökəm, anqina, faringit, traxeit, laringit).
Daxili otitdə infeksiya daxili qulağa müxtəlif yollarla keçir. Orta qulaqdan – irinli iltihabda, beyin qişasından – meningitdə, qanla – müxtəlif infeksiyalarda.
Simptomlar və müalicə
Xarici otitli xəstədə qulaqdan dartarkən daha da artan ağrılar olur. Ağzı açdıqda xəstəliyin əlaməti kimi ön divarda lokallaşmış çiban müşahidə olunur. Kəskin diffuz xarici otitdə xəstələr qulaq ağrılarından və xoşagəlməz iyli irinli ayrılmalardan şikayət edirlər.
Kəskin orta qulaq iltihabı ümumi halın pisləşməsi ilə müşaiyət olunur. Hərarət 38-39 С qalxır, qulağın uyğun tərəfində bərk ağrılar olur və eşitmə xeyli aşağı düşür. Qulaqda impulsiv ağrılar dözülməz olurlar və təcili yardıma ehtiyac olur. Sonra təbil pərdəsinin deşilməsi nəticəsində qulaqdan çirkaxması müşaiyət olunur. Bundan sonra ağrı azalır, hərarət düşür, ümumi hal yaxşılaşır. Daha sonra xəstəliyin müsbət gedişatında, təbil pərdəsi bitişir, hissiyyat normallaşır. Lakin eşitmənin zəifliyi qala bilər.
Daxili otit (labirintit) çox vaxt orta qulağın xroniki iltihabının ağırlaşmasıdır. Xəstəliyin əvvəlində qulaqlarda küy, başgicəllənməsi, ürəkbulanma, qusma, tarazlığın pozulması, eşitmənin zəifləməsi müşaiət olunur. Xəstəliyin ağır gedişatında daxili qulaqda irin yığılması nəticəsində tam karlıq baş verir.
Diaqnoz
Qulaqda ağrı, hərarətin artması, eşitmənin zəifləməsi, qulaqdan çirk axması xarakterik simptomlardırlar.
Bu simptomlar baş verərsə otolarinqoloqa müraciət etmək lazımdır.
Qanın klinik analizi üçün xəstənin barmağından qan götürürlər. Gicgah nahiyəsinin rentgenoqrafiyasını, audioqramını təyin edirlər.
Digər xəstəliklər kimi otiti də müalicə etmək lazımdır ki, proses yayılmasın.
Müalicə
Xarici otitlərdə qulağın xarici girəcəyinə 70 faizli spirtə batırılmış tənzif qoyulması, istiləşdirici kompres, fizioterapevtik müalicə üsullarından istifadə olunması (sollyuks, USM), vitaminoterapiya məsləhət görülür.
Antibiotiklərdən və sulfanilamidlərdən (siprofloksasin) daha güclü iltihabda və yüksək hərarətdə istifadə olunur. Absess yaranarsa o yarılmalıdır. Dağılmış iltihabda eşitmə yolunu dezinfeksiya məhluları ilı yuyurlar (3 % bor turşusu məhlulu, furasillin məhlulu).
Orta otitdə yataq rejimi, göstəriş olarsa antibiotik, sulfanilamid və antiseptiklərdən istifadə olunmalıdır. Yüksək hərarətdə amidopirin, aspirindən istifadə olunmalıdır. Yerli olaraq isti kompress, fizioterapiya (sollyuks, USM) tətbiq olunur. Ağrıkəsici kimi 96% isti spirti qulağa tökürlər. Çirk axan kimi bu prosesi dayandırırlar.
Konservativ üsulların effekti olmadıqda təbil pərdəsi yarılır. Xarici eşitmə yolunda çirk görünən kimi onun asan axmasını təşkil etmək lazımdır. Əgər qulaqdan çirkaxma qurtardıqdan sonra və təbil pərdəsinin cırılmasından sonra eşitmə zəifləyərsə, qulaq nahiyəsinə üfürmə, pnevmatik massaj və USM – terapiya tətbiq olunur.
Daxili qulaq otitində (labirintit) labirint funksiyalarınin qalıqlarını məhv etmək üçün konservativ müalicə göstərilir (yataq rejimi, dehidratasion və antibakterial terapiya). Fistul simptomlu labirintitdə və labirint funksiyalarının qalması şəraitində, əgər antibakterial terapiya effekt vermirsə ümumboşluq yırtılması göstərilir. Labirintitdə əməliyyata mütləq göstəriş halında eyni zamanda orta qulaqda əməliyyat aparılmasına labirintin sekvestrasiyası və ya labirintogenin beyindaxili ağırlaşması deyilir.
Qulaqda ağrı baş verən kimi və ondan iki gün keçməmiş həkimə müraciət etmək lazımdır.
Adətən otitin müalicəsi on gün çəkir. Düzgün seçilmiş terapiya və göstərişlərə dəqiq əməl etdikdə xəstəlik eşitmənin pozulması ilə ağırlaşmır.
|
|