|
LOR: Menyer xəstəliyi | |
| 5 Dekabr 2008 |
Menyer xəstəliyi - daxili qulağın qeyri-iltihabi xəstəliyidir. Xəstəliyin səbəbi indiyədək aydinlaşdırılmamışdır.
Simptomlar və gedişat
Xəstəlik qəfildən başlayır. Xəstələr başgicəllənməsi, qulaqlarda küy, eşitmənin zəifləməsindən şikayət edirlər. Tutma ilə birgə ürəkbulanma, bəzən qusma və tərləmə olur. Dəri örtüyü ağarır. Nitq pozulur. Eşitmə qabilliyətinin pozulması adətən birtərəfli xarakter daşıyır.
Ayrı-ayrı tutmalar arasındakı müddətlər, tutmaların sayı və ağırlığı, vestibülyar pozulmalar, eşitmənin səviyyəsi və xüsusiyyəti geniş diapozonludurlar. Xəstələrin bir qismində Menyer xəstəliyi tutmaları tədricən azalır, digər qismində isə tutmaların ağırlaşması və tezliyi artır.
Qulaqlarda küy dözülməz olur. Belə xəstələrdə bir qulağın karlaşması baş verir, həm də zamanda başgicəllənməsi yox olur.
Daxili qulağın qan dövranı bu prosesdə müəyyən rol oynayır, burada damarların genişlənməsi və ağrılı damar krizisləri xarakterikdir. Arteriyaların sıxılması ilə bərabər kapillyarlar və kiçik venalar genişlənirlər ki, bu da durğunluğa və daxili qulağın şişməsinə səbəb olur.
Damar və damar divarlarına təsir edən veğetativ sinir sistemi böyük rol oynayır. Psixi stresslər də kiçik damarların işinin nizamını pozur. Hal-hazırda hesab edirlər ki, allergik reaksiyalar Menyer xəstəliyinin inkişafinda müəyyən rol oynayır.
Çox vaxt xəstəlik özünü, damar və endokrin nasazlıqlarla xarakterik olan, klimakterik dövrdə göstərir. Ola bilsin ki, bu mərkəzi sinir sistemi labirintində toplanan anormal impulsasiya təsiri nəticəsində baş verir. Hətta zəif qıcıqlandırıcılar böyük reaksiya verə bilərlər.
Diaqnoz
Diaqnoz eşitmənin zəifləməsi, qulaqlarda küy, başgicəllənmə, ürəkbulanma və qəflətən baş verən digər şikayətlər əsasında qoyulur. Audiometriya ölçmələri diaqnozu dəqiqləşdirirlər.
Nəticələr seroz və ya irinli labirintit, eşitmə sinirinin nevriti, eşitmə qabilliyətinin zəifləməsi, araxnoidit və onurğanın boyun fəqərələrinin osteoxondrozu ilə tutuşdurulur.
Müalicə
Maye qəbulu məhdudlaşdırılır, süd-bitki qidasına üstünlük verilir. Damargenişləndirici vasitələr yazılır (nikotin turşusu, asetilxolin). Damar divarlarını möhkəmləndirmək üçün askorbin turşusu və kalsium preparatları məsləhət görülür.
Tutma zamanı sakitləşdirici və allergiya əleyhinə vasitələrdən istifadə olunur. Qalan vaxtlarda müalicəvi fiziki məşğələlərən istifadə olunmalıdır. Konservativ müalicə effekt vermədikdə cərrahi müdaxilə aparılır.
|
|