|
LOR: Laringit | |
| 5 Dekabr 2008 |
Laringit - udlağın selikli qişasının iltihabıdır.Laringitin kəskin və xroniki formaları olur. Udlağın kəskin iltihabı yalnız ayrıca bir xəstəlik kimi deyil, həm də qripin, adenovirus infeksiyası, qızılca, skarlatina və s. xəstəliklərinin simptomlarından biri kimi rast gəlinə bilər.
Udlağın təkrar olunan və uzunmüddətli iltihabı xroniki laringitin səbəbi ola bilər. Çox vaxt bu xəstəlik alkoqoliklərdə, siqaret çəkənlərdə, müğənnilərdə, pedaqoqlarda, lektorlarda olur.
İltihab prosesi udlağın bütün selikli qişasına yayılır, hərdən birləşdirici sahədə, bəzən səs tellərinin arxasında lokallaşır. Selikli qişa tünd qırmızı, şişkin olur, selik ayrılır. Müğənnilərdə bir-birinin qarşısında olan səs tellərində kiçicik böyümələr olur ki, bu da səsin dayanıqlı xırıltılı olmasına gətirir.
Simptomlar və müalicə
Udlağın kəskin iltihabında xəstələr hərarətin qalxmasından şikayətlənirlər, qıcıqlanma, göynəmə hissiyyatı öskürək yaradır. Səsin dəyişməsi, onun müəyyən dərəcədə xırıltılı olması, tam batması xəstəliyin tez-tez rast gəlinən simptomlarıdırlar. Bəzi hallarda təngnəfəslik, dərinin göyərməsi ola bilər.
Udlaq ağrıları həm daxildə, həm də xaricdə lokallaşa bilərlər. Birləşdirici hissənin, nəfəs yolunun şişməsi və iltihabı xırıltılı öskürəklə müşayiət olunur. Xroniki laringitdə səsin tez gücdən düşməsindən, xırıltısından, boğazın göynəməsindən və yanmasından, daimi öskürəkdən şikayətlənirlər.
Gedişat uzunmüddətlidir, yaxşılaşma dövrləri pisləşmə ilə əvəz olunurlar.
Diaqnoz
Hərarətin yüksəlməsi, boğazın qıcıqlanması, quru tutqun öskürək, xırıltılı səs. Həqiqi və yalançı boğazağrısından, udlağın yad cismindən ayırmaq lazımdır.
Müalicə
Əgər laringit yüksək hərarətlə keçirsə, xüsusən də, o kəskin infeksion xəstəliyin əsas simptomudursa, hərarətsalıcı vasitələr göstərilir. İsti içkilər – çay, süd, südlə borjom məsləhət görülür.
Boyuna isti compress (quru, yağlı), buxar inqalyasiyası – gündə 3-4 dəfə bir neçə mentol damcisı əlavə olunmuş mineral su (hər seans 3-5 dəqiqə çəkir).
|
|