|
LOR: Burun yad cisimləri | |
| 5 Dekabr 2008 |
Burun yad cisimlərinə daha çox uşaqlarda rast gəlinir. Onlar xüsusiyyətlərinə, formalaraına və ölçülərinə (bitki tumları, tərəvəz hissəcikləri, kağız, düymə, kürəciklər, sancaqlar, vintlər və s.) görə müxtəlifdirlər.
Əksər hallarda məhz uşaqlar öz və ya dostlarının burunlarına müxtəlif əşyaları qoyurlar. Yad cisimlər ağız boşluğundan buruna qusma zamanı, digər qırıntılar və qəlpələr isə təsadüfi yaralanma vaxtı düşə bilərlər..
Simptomlar və gedişat
Buruna düşərkən yad cisim selikli qişanı zədələyir, iltihab törədir və nəticədə qranulema-iltihab nəticəsində toxumada düyün və qabarlar əmələ gəlir..
Yadcismin uzun müddət qalması burun daşlarının əmələ gəlməsinə səbəb olur..
Əvvəlcə yad cisimlər asqırma, göz yaşı, burundan nəfəsalmanın çətinləşməsinı, daha sonra isə üfunətli irinli-qanlı selik əmələ gətirirlər. Yad cisimlər hər iki burun boşluğuna düşərkən ayrılmalar ikitərəfli olurlar. .
Diaqnoz
Burun keçiriciliyinin pozulması, göz yaşları, asqırma, daha sonra irinli-qanlı selik.Buruna baxılması və zondla müayinə diaqnoz qoymağa imkan verir..
Müalicə
İlk yardım kimi zərəçəkənə burunun bir tərəfini tutub hayxırmaq məsləhət görülür. Müstəqil olaraq yad cisimləri digər üsullarla çıxartmaq olmaz. Bunu yalnız otolarinqoloq edə bilər.
|
|