Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Pulmonologiya: Plevrit
| 4 Dekabr 2008

Plevrit – plevranın səthində fibrinoz təbəqə və ya onun boşluğunda maye əmələ gəlməsi ilə müşaiyət olunan iltihab xəstəliyidir. Həmişə ikincilidir, bor çox xəstəliklərin ağırlaşması və ya sindromudur, lakin müəyyən dövrdə kliniki şəkildə əsas xəstəliyi kölgələyərək ön plana keçə bilər.

İnfeksion təbiətli plevritlərin yaranması spesifik törədicilərin (vərəm mikobakteriyaları, ağ treponema) təsirsizliyi və qeyrispesifik (pnevmokokklar, stafilokokklar, bağısaq çöpü ,viruslar, göbələklər və s.) infeksiyalarla bağlıdır; törədicilər plevra boşluğu pozulmalarında plevraya təmas yolu ilə keçirlər, limfogen, hematogen yollarla. Çox vaxt plevritin inkişaf səbəbi birləşdirici toxumaların sistemli xəstəlikləri (revmatizm, sistemli qırmızı qurdeşənəyi və s.) olurlar; yeni əmələgəlmələr; tromboemboliya və ağ ciyər arteriyalarının trombozu. Plevritlərin çoxunun patogenezi allergikdir. Blastomoz plevritin inkişafında limfatik düyünlərin şişlərinin, limfatik və vena damarlarının yaxınlıqda olan üzvlərin şişlərinin böyüməsində - seroz örtüklərin destruksiyasında metastazlarla blokadaya alınması böyük əhəmiyyət kəsb edir.

Simptomlar və gedişat

Simptomlar və gedişat lokallaşma, yayılma, plevranın iltihabının xarakteri, qonşu üzvlərin funksional dəyişiklikləri ilə müəyyənləşirlər. Plevritin əsas formaları: quru və ya fibrinoz, mayeli və ya ekssudativ. Ekssudativ plevritləri, öz növbəsində, mayenin xüsusiyyətinə görə seroz, seroz-fibrinoz, irinli, hemorragik, sısqa və qarışıq nıvlərə ayırırlar. Mayenin xüsusiyyətini bilərək plevritin inkişaf səbəbini dəqiqləşdirmək və patogenetik terapiya seçmək olar. Məsələn, quru və seroz, seroz-fibrinoz plevritlərin səbəbi çox vaxt vərəm, pnevmoniya (parapnevmonik, metapnevmonik plevritlər), revmatizm və digər birləşdirici toxuma sistemli xəstəlikləri (revmatik, qurdeşənəyi və digər plevritlər) olurlar. Hemorragik plevritlər çox vaxt yeni əmələgəlmələrdə, tromboemboliya və ağ ciyər trombozlarında, hemorragik diatezlərdə, qripdə, nadir hallarda vərəmdə, revmatizmdə inkişaf edirlər. Mayenin lokallaşmasına görə parakostal, diafraqmal, paramediastinal, hissələrarası plevritləri fərqləndirirlər.

Quru və ya fibrinoz plevrit

Əsas simptom – böyürdə ağrı, nəfəs alarkən və öskürərkən artır. Ağrı hissləri zədələnmiş böyür üstündə uzandıqda azalırlar. Döş qəfəsinin uyğun tərəfində tənəffüsün hərəkətliliyinin məhdudlaşması hiss olunur; dəyişməyən perkussiya səslərində xəstədə zədələnmiş tərəfin zəifləməsi nəticəsində zəif tənəffüsə, plevraların sürtünməsi küyünə qulaq asmaq olar. Bədən temperaturu çox vaxt subfebrildir, üşütmə, gecə tərləmələri, zəiflik ola bilər. Diafraqmal quru plevritlərin diaqnostikası çətindir. Onlar üçün döş qəfəsində, qabırğa altında, aşağı qabırğalar nahiyəsində, qarında ağrı, hıçqırma, meteorizm, qarın əzələlərinin gərilməsi xarakterikdir.

Tənəffüs yalnız döş qəfəsinin yuxarı hissəsinin iştirakı ilə olur, dərindən nəfəs aldıqda döş qəfəsinin aşağı hissəsində ağrılar olur. Ağrılı nöqtələr müəyyənləşdirilir: döş-körpücük sümüyü-məməyəoxşar əzələlərin vətərləri arasında, döş sümüyü ətrafında ilkin qabırğalar arasında, diafraqmanın qabırğalara birləşdiyi yerlərdə, ilk boyun fəqərələrinin qılçıqlı çıxıntılarında.

Diafraqmal plevritlərin tanınmasında rengenoloji araşdırmaların köməyi ilə diafraqmanın dolayı funksional pozulmaları simptomları müəyyən olunur: onun yüksək duruşu, xəstəlik olan tərəfdə hərəkətliliyinin məhdudlaşması (Vilyams simptomu). Gedişat yaxşılığa doğrudur, xəstəlik 10-14 gün çəkir, lakin quru plevritin bir neçə həftə ərzində residiv halına keçməsi və sonradan sağalması mümkündür.

Mayeli və ya ekssudativ plevrit. Plevral ekssudasiyanın başlanğıcında böyürdə ağrı, döş qəfəsinin zədələnmiş tərəfində tənəffüsün hərəkətliliyinin məhdudlaşması, plevraların sürtünmələri küyü olur. Çox vaxt quru reflektiv təbiətli əzabverici öskürək yaranır. Maye yığıldıqca böyürdə ağrılar yox olurlar, ağırlıq hissiyatı, artan təngnəfəslik, azacıq göyərmə, zədələnmiş tərəfin azacıq şişməsi, qabırğalar arası məsamələrin hamarlanması baş verir.

Perkussiyada ekssudat olan yerdə küt səslər eşidilir; səsin titrəməsi və zəif bronxofoniya, nəfəs alınmır və ya xeyli zəifdir; perkutor səsdə təbil çalarları, küy olur, tənəffüsdə bronxial çalarlar və kiçik qovucuqlu xırıltılar olur. Perkussiya və rentgenoloji araşdırmalarla mayenin xarakterik yuxarı sərhədlərini müəyyənləşdirmək olar. Böyük maye toplusu plevranın zədələnmiş hissəsinin sağlam tərəfə sürüşməsini və nəfəs vermə funksiyasının tənəffüsün mexaniki pozulması nəticəsində xeyli pozulmasını törədir: nəfəsalmanın dərinliyi azalır, o tezləşir; funksional diaqnostika üsulları ilə nəfəsvermənin göstəricilərinin azalması (ağ ciyərlərin həyati həcmi, ventilyasiya ehtiyatı və s.). Ürək-damar sistemində pozulmalar yaranır: ürəyin zərb və dəqiqə həcminin ventilyasiya pozulmalarından mərkəzi venalara qan sorulmasının azalması nəticəsində aşağı düşməsi, ürəyin və iri damarların böyük plevral mayelərdə sürüşməsi; kompensator taxikardiyası inkişaf edir, arterial təzyiq aşağı düşməyə meylli olur.

Ekssudativ plevritlər üçün, (xüsusən də infeksiya təbiətli) plevral ekssudasiyanın lap başlanğıcından febril bədən temperaturu, ifadəli intoksikasiya simptomları, neytrofil leykositoz, SOE-nin yüksəlməsi xarakterikdir. Plevral ekssudatın nisbi sıxlığı 1016-1018-dən yüksək, hüceyrə elementləri bol olur, Rivalt reaksiyası müsbətdir. Plevritin şiş etiologiyasını ayırd etmək üçün ekssudatın sitoloji araşdırmasını aparırlar. Gedişat plevritin etiologiyasından asılıdır. İnfeksion-allergik plevritlərdə, o cümlədən vərəmli, ekssudat 2-4 həftəyə sorula bilər. Plevral boşluqda bitişmə prosesində, plevral boşluğun və hissələrarası aralıqların tutulması, massiv təbəqələrin əmələ gəlməsi, inkişaflı nəticə ola bilər, plevropnevmosirroz və tənəffüs çatışmazlığı formalaşmaqla plevra nazilə bilər. İrinli plevrit haqqında oxu. Plevranın empieması.

Müalicə

Kompleks müalicəyə əsas xəstəliyə aktiv təsir və qabaqcadan plevritin güclü müalicəsi aiddirlər, mayeli plevritin müalicəsi stasionarda aparılır. Müalicə aşağıdakı komponentlərdən ibarətdir.

1. Antibakterial terapiya infeksiya-allergik plevritlərdə və məqsədyönlü kimya terapiyası digər etiologiyalı plevritlərdə (məsələn, şişli) aparılır; antibiotikləri və kimyəvi preparatları parenteral şəkildə daxil edirlər, göstəriş olarsa birbaşa plevradaxilinə vurulur.
2. Plevral boşluğun müalicəsini ekssudatın evakuasiyası yolu ilə, lazım gələrsə antiseptik məhlullarla yumaqla aparırlar. Təcili evakuasiyaya göstərişlər: ürəyin və iri damarların sağlam tərəfə sürüşməsi və ürəyin ifadəli funksional pozulması halında, ağ ciyərin kollapsı (ağır təngnəfəslik, sianoz, sürəkli kiçik puls, arterial hipotenziya). Təcili olmayan göstərişlər: durğun, uzunmüddətli plevrit gedişatı, ekssudatın sorulma tendensiyasının olmaması.
3. Desensibilləşdirici və iltihabəleyhinə vasitələrin təyin edilməsi (natrium salisilat və salisil turşusunun digər preparatları, butadion və ya fenilbutazon, amidopirin, kalsi xlorid). Vərəm və revmatik etiologiyalı plevritlərdə 15-20mq gündəlik dozada prednizalonun tətbiqi effektlidir.
4. Orqanizmin müdafiə-immunobioloji reaksiyasına yönəlmiş vasitələrin istifadə olunması: individual rejim (kəskin halda yataq rejimi), rasional vitaminləşmiş kifayət qədər zülallı (1.5-2 q/kq) diet, məhdud su və xörək duzu, askorbin turşusunun parenteral, b qrupu vitaminlərinin, plazma əvəzedici məhlullarda venadaxili damcılı vurulması, individual dozalanmış müalicəvi bədən tərbiyəsi, oksigen terapiyası, plevritin yenməsi dövründə - fiziki müalicə üsulları.
5. Simptomatik terapiya – qızışdırıcı kompreslər, xardallar, döş qəfəsinin xəstə tərəfinin sıx bintlə immobilizasiyası (ağrılarda), kodein, öskürəkdə etilmorfin hidroxlorid; qan dövranı çatışmazlığında kardiotonik vasitələr. Sonralar xəstələr 2-3 il ərzində dispanser nəzarəti altında olmalıdırlar. Sənətlə bağlı ziyanlardan uzaq olmaq, bol vitaminli yüksək kalorili qida qəbul etmək lazımdır.

Reytinq:
 (səs sayı: 5)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 3301 dəfə
Müəllif: Vefa ()
Salam men mayeli plevrit kecirmishem.2002-ci ilde. Ondan sonra her zaman ozumu soyuqdan qorumusham.Amma indi de bezen qabirga nayihmd' dosh qefesinin aşağı hissəsində agrilar olur. Esneyende derinden nefs alanda. Rentgen etmishdim demishdiler ki o xesteliyi kecirdiyiniz dərhal bilinir. deyirəm bəlkə yenə olaram ee plevrit. Sizcə o xəstəlik yenidən qayida bilər. Məndə sol hissədə 2 qabirğa su yiğilmışdır.müalicə ilə 1 aya tam keçmişdişCavab gözləyirəm. Əvvəlcədən təşəkkür

--

28 Aprel 2009 13:09
Müəllif: nermin taqiyeva (nene59@mail.ru)
Əvvəldən sizin rəyinizi oxumuş olsaydım sizə cavab verərdim. Dediyiniz əlamətlər olacaq.Qorxmayın. Yeməyinizə fikir verin. Çalışın 2-3kilo alasınız.Kökəlin. Skvoznyakdan və rutubətdən qorunun. Bunlara əməl etsəniz Teymur əmi demişkən qəti qorxusu yoxdur. Mən 1983 də bunu keçirmişəm.
Hələ də dediyiniz ağrılar olur bəzən

nermin taqiyeva

25 May 2010 09:46

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

11.04.2012
Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

10.04.2012
Hörümçək zəhəri xərçəngdən xilas edə bilər

09.04.2012
Azərbaycanda ilk dəfə iki orqanın eyni vaxtda transplantasiyası həyata keçirilib

«    Dekabr 2008    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.