Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Pulmonologiya: Bronxit
| 4 Dekabr 2008

Bronxlar udulan havanı ağ ciyərə aparan müxtəlif diametrli şaxələnmiş boru şəbəkələrindən ibarət olaraq bronxial ağac adlanır. Uyğun olaraq, bronxit – bronx divarları selikli qişasının iltihabıdır.

Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər (birincili bronxit), lakin o çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin (ikincili bronxit) ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var.

Tənbəki tüstüsü və toz bronxit xəstəliyi risqini artırırlar. Hətta “passiv siqaret çəkmə” xəstəlikdən sonra zəifləmiş orqanizm üçün son faktor olaraq bronxların iltihabını törədə bilər. Xüsusən də bu valideynləri siqaret çəkən uşaqlara aiddir. Bu halda bronxitdən əlavə uşaqlarda bronxial astma və pnevmoniya yaranması risqi artır. Orqanizmin immun sisteminin vəziyyəti də az rol oynamır, əgər immunitet zəifləmişsə, adətən payızda və ya yazda, “onun qapısı bütün küləklərə” açıqdır, başqa sözlə bronxitlə xəstələnmə təhlükəsi xeyli artır.

Simptomlar və gedişat

Bronxitin əsas əlaməti açıq, sarı, boz və ya yaşıl rəngli bəlğəmli öskürəkdir. Bəzi hallarda bəlğəmdə qan qarışığı olur. Öskürəkdən başqa bronxitin simptomları boğazda ağrı və spazmalar hissiyyatı, tənəffüsün çətinləşməsi, xırıltı və azacıq hərarətin olmasıdırlar.

Gedişatdan asılı olaraq bronxit kəskin, xroniki və obstruktiv olur.

Kəskin bronxitin yaranmasından əvvəl hərarət artır, baş ağrısı, zəiflik, zökəm, boğazda öskürək və acışma, xırıltılı səs, sinəaltı ağrı, quru ağrılı öskürək, konyuktivit olur. Kəskin bronxitin əsas təzahürü əvvəlcə quru, sonra yumşaq və nəm öskürəkdir. Böyüklərdən fərqli olaraq uşaqlar bəlğəmi gətirə bilmirlər.

Xroniki bronxit çox vaxt müalicəsi vaxtında və axıra qədər aparılmayan (həkim təyinatına əməl olunmayan) kəskin bronxitin nəticəsidir. Kiçik uşaqlarda və qocalarda (75 yaşdan yuxarı) kəskin bronxitin xronikiyə keçmə ehtimalı yüksəkdir.

Xroniki bronxitin ilk mərhələsində öskürək yalnız səhərlər yataqdan qalxarkən – ”bronxların səhər tualeti” – azacıq bəlğəmlə müşahidə olunur. Kəskinləşmələr ildə üç dəfədən az olmamaq şərtilə olur, digər vaxtlarda da öskürək Sizə sakitlik vermir. Xroniki bronxitin təhlükəliliyi ondan ibarətdir ki, xroniki iltihab zamanı bronxların divarları nazilir, boşluq genişlənir və bu ağ ciyər emfizemasına və bronxial astmaya gətirir.

Obstruksiya (latınca "maneə" deməkdir) – bu boşluğun sıxılması nəticəsində bronxlardan havanın keçməsinin çətinləşməsi prosesidir. Obstruktiv bronxiti uzadılmış, nəfəs verildikdə məsafədən eşidilən fit səsi, quru xırıltıya görə tanımaq olar. Bu zaman öskürəyin intensivliyinin, ümumi halın, bədən hərarətinin rəqsi ola bilər. Bir aydan çox davam edən bronxit gedişatı uzunmüddətli hesab olunur. Bronxitinn tipik ağırlaşması sinusit və otitdir. Ən çox baş verən ağırlaşması pnevmoniyadır.

Bronxit müalicə olunmadıqda, xroniki obstruktiv ağ ciyər xəstəliklərinə keçid mümkündür (XOACX) – bu ağ ciyəri zədələyən bir-birinə bağlı bütöv bir xəstəliklər qrupudur. XOACX qrupuna xroniki obstruktiv bronxit (90 %), ağır bronxial astma (9 %) və birincili emfizema (1 %) aiddirlər və qeyd etmək lazımdır ki, XOACX xəstəlikləri geriyədönməzlikləri ilə xüsusiyyətlənirlər.

Diaqnoz

Bronxitin diaqnostikası heç bir çətinlik törətmir: xəstəlik necə deyərlər göz qabağındadır, dəqiq deyilsə qulaq asmaqla diaqnoz qoyulurа. Həkim-pulmonoloq, sorğu sualdan və ağ ciyərə qulaq asdıqdan sonra sadəcə olaraq diaqnoz qoyur. Köməkçi üsullar kimi xarici tənəffüs funksiyaları araşdırılır, xəstəliyin törədicisini müəyyən etmək üçün bronxoskopiya və bəlğəmin analizi aparılır. Simptomları öskürək olan daha ciddi xəstəliklərin olmadığını müəyyən etmək üçün, məsələn vərəm və ya ağ ciyərin xərçəngi, Sizi rentgenoqrafiya və ya ağ ciyərin flüoroqrafiyasına göndərə bilərlər.

Müalicə

Bronxitin müalicəsi üçün həkim inqalyasiya, döş qəfəsinin masajını, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, həmçinin bəlğəmin qatılığını azaldan və öskürəyi asanlaşdıran (bəlğəmgətirici və mukolitik vasitələr) dərman preparatlarını və immun korrektorlarını təyin edə bilər. Nadir hallarda öskürəyi dayandıran preparatlar təyin olunurlar. Bronxitdə antibiotiklər həmişə təyin olunmurlar. Onlara lüzum olmasını yalnız həkim müəyyənləşdirə bilər. Hər şey xəstəliyin ağırlığından, törədicinin xüsusiyyətindən və xəstəliyin müddətindən asılıdır.

Son zamanlar yeni köməkçi üsullar da ağ ciyər xəstəliklərinin müalicəsində populyarlaşıblar, o cümlədən, xroniki bronxiti, məsələn, tənəffüs gimnastikası ilə müalicə edirlər – K.P.Buteyko üsulu və ya oksigen terapiyası.

Bronxitin müalicəsində bunlara həkmən riayət olunmalıdır; Bəlğəmi yumaq üçün böyük miqdarda m aye qəbulu; Tam istirahət, qızdırma zamanı yataq rejimi; Olduğunuz otağın havasının mütəmadi olaraq dəyişdirilməsi və nəmliyinin qorunub saxlanması.

Reytinq:
 (səs sayı: 5)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 3819 dəfə
Müəllif: Efqan Pasayev ()
salam 22 yasim var usaqliqdan asmayam mualicenin xeyri yoxdu mene yaxsi hekim lazimdi

--

25 Fevral 2010 14:32
Müəllif: aysel-efqan) ()
supeer mene ele bu lazim idi :)

--

25 Aprel 2010 18:38
Müəllif: nuray30 (nuray30@box.az)
İNTERMED KLİNİKASINDA BRONXLARDA ALLERGİYA VƏ BRONXLARI MÜALİCƏ EDƏN ÇOX YAXŞI BİR HƏKİM VAR. KAMAL HƏKİM. ALLAH ONUN CANINI SAĞ ELƏSİN. ÇOX GÖZƏL HƏKİMDİR.

--

12 May 2010 10:17

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

11.04.2012
Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

10.04.2012
Hörümçək zəhəri xərçəngdən xilas edə bilər

09.04.2012
Azərbaycanda ilk dəfə iki orqanın eyni vaxtda transplantasiyası həyata keçirilib

«    Dekabr 2008    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.