Kriptorxizm –xayaların kisəciyə düşməməsidir. Xayaların bətndaxili inkişafında onlar rüşeymin qarın boşluğunda yerləşirlər. Doğuşdan bir az qabaq xayalar kisəciyə düşürlər. Vaxtında doğulan normal uşaqda doğuşdan sonrakı ilk günlərdə xayalar kisəcikdə hiss olunmalıdırlar. Düşməmiş xayalar adətən qasıq kanalı boşluğunda olurlar, buradan həm də toxum kanalcığı keçir (sperma məhz buradan sidik kanalına düşür).
Hidronefroz - böyrəklərin kasa-ləyən sisteminin dartılması, parenximatoz atrofiyası ilə müşayət olunan böyrək toxumalarının zədələnməsidir.Xəstəlik anadangəlmə və qazanılmış ola bilər. Anadangəlmə hidronefroz yuxarı sidik yollarının anomaliyaları ilə bağlıdır. Qazanılmış hidronefroz sidiyin çıxmasını çətinləşdirən hər hansı xəstəliyin nəticəsidir:
Xayaya su yığılması və ya hidrosele, (yunanca hydor - su, maye və sele - qabarma), - bu xaya qişasında mayenin həddən artıq əmələ gəlməsi və ləngiməsi xəstəliyidir. Xayalığın yarısına yığılan mayenin həcmi bir neçə millilitrdən 1-3 litrə qədər ola bilər (nadir hallarda). Bu xəstəlik həm uşaqlarda, həm də böyüklərdə tez-tez müşahidə olunur.
bilarsaHər kəs ömür boyu 3 şeyi etməlidir: ev tikmək, ağaç əkmək və nəsil artırmaq. Axırıncını edə bilməyənlər daha çox təəssüflənirlər. Yayılmış bir fikir - “əgər qadın hamilə ola bilmirsə, bu onun öz günahıdır” - çox səhvdir. Alimlər sübut etmişlər ki, sonsuzluq kişilərdə qadınlardan az olmur.
Balanopostitin inkişafının əsas səbəbi xüsusi maddənin – smeqmanın ucluq altına yığışması və onu infeksiyaya yoluxdurmasıdır. Bu o adamlarda baş verir ki, tənasül üzvünün başcığının gigiyenasına kifayət qədər fikir vermir və ya fimozdan əziyyət çəkir. Çox az hallarda balanopostitin səbəbi irinli uretrit, allergik reaksiya, diabet ola bilərlər.
Urologiya: Sidik ifrazatı sisteminin anomaliyaları
Sidik ifrazatı sisteminin anomaliyaları ən çox rast gəlinən anadangəlmə inkişaf qüsurlarındandırlar və onlar müxtəlif əhəmiyyətlidirlər. Bəziləri rüşeymin bətndaxili məhvinə və ya erkən uşaqlıq yaşında ölümə səbəb olur. Digərləri isə sidik ifrazatı sisteminin funksiyalarını hissediləcək dərəcədə pozmurlar və təsadüfən müəyyən olunurlar.
Amiloidoz – amiloid toxumalarında (özündə mürəkkəb zülal-polisaxarid kompleksini ehtiva edir) hüceyrədənkənar qopmalara gətirən dəyişikliklər əsasında duran sistem xəstəlikdir və bu dəyişikliklər son nəticədə orqanların funksiyasını pozur.
Prostat, və ya prostat vəzi, kişilərin nəsilartırma və seksual funksiyalarında aktiv iştirak edən daxili cinsiyyət üzvdür. 40 yaşdan başlayaraq onda xoşagəlməz metamorfozlar prosesslər başlayırlar: onun qabığı tədricən bərkiyir, vəzin ölçüsü böyüməyə başlayır.
Xammen-Riç sindromu diffuz interstisial inkişafda olan ağciyər fibrozudur; prosesin yalnız ağciyərdə lokallaşması ilə fərqlənir, terapiyanın effekti az olur, çox vaxt ölümlə nəticələnir. Xəstəlik nadir hesab olunur, lakin baş vermə tezliyi getdikcə artır.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.