<!--[if gte mso 9]> Normal 0 false false false MicrosoftInternetExplorer4 <!--[if gte mso 9]> <!-- /* Style Definitions */ p.MsoNormal, li.MsoNormal, div.MsoNormal {mso-style-parent:""; margin:0cm; margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:12.0pt; font-family:"Times New Roman"; mso-fareast-font-family:"Times New Roman";} @page Section1 {size:612.0pt 792.0pt; margin:2.0cm 42.5pt 2.0cm 3.0cm; mso-header-margin:36.0pt; mso-footer-margin:36.0pt; mso-paper-source:0;} div.Section1 {page:Section1;} --> <!--[if gte mso 10]> /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Îáû÷íàÿ òàáëèöà"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin:0cm; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:10.0pt; font-family:"Times New Roman"; mso-ansi-language:#0400; mso-fareast-language:#0400; mso-bidi-language:#0400;}
Adenoidlər – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının tərəmələridir. Uşaq yaşlarında daha böyük ölçüdə olurlar, 16 yaşdan sonra atrofiyaya uğrayırlar. Uşaq orqanizminin normal həyat fəaliyyəti üçün lazım olan immunoqlobulinlərin əmələ gəlməsində iştirak edən immun toxumadır.Burun –udlaqda yerləşdiyindən udlağın adi müayinəsində görünmür. Burun-udlağa baxış keçirmək üçün xüsusi LOR- alətlər tələb olunur. Bu xəstəlik adətən 1 yaşdan 14-15 yaşlı uşaqlar arasında daha çox rast gəlinir.Adenoidlərin böyüməsinin səbəbi insanın konstitusiyası, allerqiyaya meyilliyi və ya yuxarı tənəffüs yollarının tes-tes baş verən infeksion xəstəlikləri olur. Burun və burun boşluğunun selikli qişasının iltihabı xəstəlikləri - KRX, qızılca, göy öskürək, skarlatina, difteriya, qrip və s. adenoidlərin hipertrofiyasına təkan verirlər.
Simptomlar
Dövri və ya daimi burun tutulmaları, seliyin axması, burunla tənəffüsün çətinləşməsi səbəbindən ağzın açıq qalması, yuxuda xoruldamaq, yorğunluq, əzginlik, xroniki oksigen çatışmazlığından apatiya.
Sonra bəzi hərflərin tələffüzündə pozulmalar, tez-tez baş verən zökəm ola bilər. Eşitmə borularının dəliklərinin adenoidlərlə tutulmasından kəskin və xroniki otitlər ola bilər, eşitmə kifayət qədər aşağı düşə bilər.
Uzun müddət ağızdan tənəffüs üz skeletinin müxtəlif anomaliyalarına aparır, üzün formasının dəyişməsinə - (adenoid üzü), uzunsov çənə, qabarıq, bərk üst çənə - “qotik formalı”, döş qəfəsinin deformasiyası "toyuq sinəsi"səbəb olur.
Mədə-bağırsaq traktı funksiyalarının pozulmaları baş verə bilər: qusma, qəbzlik və ya ishal, qanazlığı və arıqlıq.
Diaqnoz
Qabarıq sifət, yarıaçıq ağız, daimi zökəmlik, yuxuda xoruldamaq, tıntıl səs. Burun pərlərinin güzgü və ya barmaqla baxışı diaqnozu təsdiqləyir.
Müalicə
Adenoidin kiçik və orta ölçülərində kollarqol məhlulundan istifadə olunur, böyük ölçülərdə isə cərrahi müdaxilə məsləhətdir. Əməliyyat az vaxt aparır, az ağrılıdır və ambulator şəraitdə həyata keçirilə bilər.