Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Səhiyyə: Bəzi xəstəxanalar bağlana bilər
| 17 Noyabr 2008

Dünya Bankının dəstəyi ilə “Səhiyyə sektorunda islahatlar” adlı yeni normativlər hazırlanıb.
Bu gün Səhiyyə Nazirliyi aparatının kollegiya iclası keçirilib. Tədbirdə səhiyyə sistemindəki problemlər və bu sahədə aparılmalı olan islahatlar müzakirə olunub. İclası giriş sözü ilə səhiyyə naziri Oqtay Şirəliyev açıb.

Nazir çıxışında bildirib ki, sovet hökumətinin dağılmasına baxmayaraq, səhiyyə sistemində bəzi köhnə normativlər hələ də qalmaqdadır: “Ancaq indi köhnə normativlərlə işləmək məqsədəuyğun sayılmır. Ona görə də Dünya Bankının dəstəyi və bir sıra xarici ölkələrin mütəxəssislərinin yardımı ilə yeni normativ sənədlər hazırlanıb”.

Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin müdir müavini Rauf Ağayev isə həkim ixtisasları və vəzifələrin nomenklaturası barədə danışıb. O, Azərbaycan səhiyyəsinin dünya standartlarına uyğun inkişaf etdirməyin, bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə inteqrasiya olunmağın əsas vəzifəyə çevrildiyini deyib: “Bu baxımdan çox vacib və mühüm məsələlərdən biri həkim ixtisaslarını Avropanın və Amerikanın inkişaf etmiş ölkələrində qəbul olunmuş reyestrə maksimal uyğunlaşdırmaq, yaxın gələcəkdə qəbul ediləcək Təhsil Proqramına müvafiq formada qurmaqdır. Bununla bağlı Səhiyyə Nazirliyi Dünya Bankının səhiyyədə islahatlar layihəsi ilə bağlı sənədlər hazırlayıb”.

Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Adil Kərimov isə səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsinin vacib olduğunu deyib. Onun sözlərinə görə, buna nail olmaq üçün perspektivsiz, bir-birini təkrarlayan, rentabelliyi az olan və səmərəsiz fəaliyyət göstərən tibb müəssisələrinin ixtisarına, çarpayı fondunun azaldılması və əhalinin real tələbatı nəzərə alınaraq səhiyyə strukturunun optimallaşdırılmasına ehtiyac var: “Azərbaycanda həkimlərin sayı Avropa göstəricilərinə uyğun olsa da, xəstəxanaların çarpayıları demək olar ki, 2 dəfə artıqdır. Yaxşı halda onların 35-40 faizindən istifadə olunur. On illərlə gedən ekstensiv inkişaf nəticəsində çox böyük xəstəxana şəbəkəsi yaranıb və hazırda bunu saxlamaq çətindir. Bu, həm də iqtisadi cəhətdən əlverişli deyil. Bütün bunlar son nəticədə dövlət vəsaitinin boş yerə xərclənməsinə səbəb olur, texniki və texnoloji baxımdan təchiz edilmiş müasir, prinsipcə yeni tipli və formatlı stasionar müəssisələrin inkişafını ləngidir”.

Onun sözlərinə görə, hazırda səhiyyəyə ayrılan ümumi xərclərin həcminin təxminən 65 faizi stasionar tibbi yardımın payına düşür. Avropa ölkələrində isə bu göstərici 30-35 faizdir. İlkin tibbi-sanitariya yardımı göstərən həkimlər bütün həkimlərin sayının cəmi 20-25 faizini təşkil edir ki, bu da inkişaf etmiş ölkələrlə müqayisədə 2 dəfə aşağıdır.

Kollegiya iclasında qeyd olunub ki, səhiyyə islahatları çərçivəsində çarpayıların ixtisarı, həkimlərin düzgün yerləşdirilməsi, onların ixtisaslarının dəyişdirilməsi və ümumi profilli həkimlərin (ailə həkimlərinin) hazırlanması istiqamətində iş aparılmalıdır. Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Səhiyyə sektorunda islahatlar” adlı layihədə beynəlxalq ekspertlərin tövsiyələri də nəzərə alınıb. Əhalinin xəstəxana çarpayıları və tibb kadrları ilə təminatını müəyyənləşdirən yeni say hədləri hazırlanıb.

Adil Kərimov bildirib ki, həkimlərin mövcud sayı ilə nəzərdə tutulan say arasında ciddi fərq yoxdur. Orta tibb işçiləri vəzifələrinin isə hətta artımı gözlənilir.

Çıxışların sonunda nazir Oqtay Şirəliyev qəbul olunmuş sənədin əhəmiyyəti, onun üstünlüklərinə dair öz fikirlərini kollegiya iştirakçılarının diqqətinə çatdırıb

Reytinq:
 (səs sayı: 0)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 1261 dəfə

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

11.04.2012
Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

10.04.2012
Hörümçək zəhəri xərçəngdən xilas edə bilər

09.04.2012
Azərbaycanda ilk dəfə iki orqanın eyni vaxtda transplantasiyası həyata keçirilib

«    Noyabr 2008    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.