Azərbaycanın ilk tibbi portalı

Sizin reklam burada
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Oftalmalogiya: Kontakt linzalar və onlardan istifadə qaydaları
| 27 Fevral 2009

Kontakt linzalar və onlardan istifadə qaydaları Kontakt linzaların ekzotik və əlçatmaz olduğu vaxtlar artıq geridə qalıb. Bir zamanlar Qərb qadınlarının geyimlərinə uyğun olaraq gözlərinin rəngini asanlıqla dəyişməsinə qibtə etdiyimiz halda, indi dünyanın ən böyük şirkətlərinin linzalarını əldə edə bilərik.
Ümumiyyətlə, gözün optik korreksiyasının üç növü məlumdur: eynək, kontaktlı linzalar və cərahiyyə vasitəsilə. Amma bu gün istifadə edilən korreksiya metodları tam şəkildə biri-birinin alternativi deyil. Onların hər birinin müxtəlif situasiyalarda mənfi və müsbət cəhətləri var. Məsələn, adətən, eynək taxan adam tennis oynamaq və ya ova çıxmaq üçün kontakt linzalardan istifadə edir. Və yaxud yaşı 40-dan yuxarı olan şəxsə eksimer-lazerli cərahiyyə edilibsə o, avtomobili eynəksiz sürür, amma mütaliə zamanı yenidən ondan istifadə edir.
Son zamanlar gözün kontaklı korreksiyası daha geniş yayılıb. Yerli bazarda xarici firmaların istehsal etdiyi çoxsaylı kontakt linzaları və onlara qulluq vasitələrini görmək olar. Əksəriyyət eynəklərini kontakt linzalarına dəyişərək daha aktiv həyat tərzi sürmək imkanı əldə edirlər. Onlar rahat idmanla məşğul olur, özünü sağlam və komplekslərdən azad hiss edirlər.
Gözlərlə birbaşa əlaqədə olan linzadan istifadə ideyası yeni deyil. Hələ 1508-ci ildə Leonardo da Vinçi gözün üstünə qoyularaq onun optik xüsusiyyətlərini dəyişə bilən linzanın təsvirini verib. İtaliya intibahının dahi rəssamı və aliminin arxivində içi su ilə doldurulmuş şüşə yastıqların gözə geydirilməsinin rəsmini görmək olar. Yastığın ön hissəsi qabarıq linza şəkilində düzəldilib. Belə "maye gözlük" müasir kontakt linzaların prototipidir.
300 il keçdikdən sonra 1827-ci ildə ingilis astronomu Con Qerşel gözün formasına uyğun şüşə kontakt linzanı təsvir edir. 1887-ci ildə isə F.Müller üfürülmüş şüşə linzanı göz qapaqları çıxmış pasiyentinin gözünə yerləşdirir. Linza gözü mühafizə edir, qoruyur və göz suyunun itirilməsinin qarşısını alırdı. Pasiyent bu linzanı 20 ildən çox gəzdirir.

1888-ci ildə A.Fik göz korreksiyası üçün nəzərdə tutulmuş ilk kontakt linzaları hazırlayır. Ötən əsrin 40-cı illərinə qədər bütün kontakt linzalar gözü bütövlüklə örtən skleral tipdə olurdu. Şüşədən hazırlanan belə linzaların diametri 20-30 millimetr, qalınlığı 1-2 millimetr olurdu. Linza və göz arasındakı məsafəni maye doldururdu. Amma bu linzalar tez-tez gözün buynuz təbəqəsinin şişməsinə gətirib çıxarır, görməni dumanlandırır və bir neçə saatdan sonra narahatçılıq yaradırdı.
Buynuz təbəqə üçün nəzərdə tutulmuş ilk şüşə linzanı E.Kalt hazırlayır. XX əsrin 30-cu illərinin sonunda isə digər alman həkimi Müller gözün ön hissəsinə geydirilən nazik şüşə örtük düzəldir. O, linzanın mərkəzini elə oyurdu ki, gözün refreksiyası anomaliyasının qarşısını almaq olurdu. Amma pasiyentlər bu hava və su keçirməyən balaca bərk mərcini nəinki gün ərzində, heç bir neçə saat da gəzdirə bilmirdilər.
Göz korreksiyasında əsl inqilab yeni materialların meydana gəlməsi ilə baş verir. 1950-ci illərin sonlarında çex alim Otto Vixterl müasir yumşaq kontakt linzaların istehsalında istifadə edilən əsas materialı - polimeriyalı hidrogeli hazırlayır. Polimer suyu özünə hopdurmaq və oksigeni keçirməklə yanaşı, yumşaq və elastik xüsusiyyətə malikdir. Bu materialın ortaya çıxması ilə bərk kontakt linzalar yumşaqları ilə əvəz olunur və geniş istifadəyə şərait yaranır.
Yumşaq kontakt linzalar yarandığı vaxtdan indiyədək çox təkmilləşib. İlk linzalar qalın olurdu və bir qayda olaraq görmə qabiliyyətinə mənfi təsir göstərirdi. Sonradan hazırlanan mükəmməl quruluşlu linzalar görmə qabiliyyətini və gözdə gəzdirməni daha komfortlu edir. Məhz yumşaq linzalar kontakt linzalar sənayesinin inkişafına təkan verir. Çünki bu linzalar tətbiq edildiyi ilk vaxtdan rahatlığı ilə fərqlənir və demək olar ki, adaptasiyaya ehtiyac qalmır. Buna görə də, eynəkdən istifadə edənlərin çoxu kontakt linzalarına üstünlük verirlər. Yumşaq kontakt linzaların da ənənəvi və planlı şəkildə dəyişilən növləri var. Ənənəvi linzalar uzun müddət - bir neçə ay istifadə edilir. Belə linzalara artıq qalıqlar çox yığılır və onları təmizləmək üçün xüsusi qulluq tələb olunur. Planlı şəkildə dəyişilən linzalar isə bir neçə cüt olur və mütəmadi olaraq (ayda 1-2 dəfə və ya çox) əvəz edilir. Müəyyən vaxtdan sonra istifadə olunmuş bu linzalar tullanır, təmiz və təzələri ilə əvəz olunur. Buna görə də onlara qulluq daha asandır. Gündəlik dəyişdirilən birdəfəlik linzaların isə heç bir qulluğa ehtiyacı yoxdur. Oftalmoloq və kontaktlı linza istifadəçiləri birdəfəlik linzalara daha çox üstünlük verirlər. Planlı şəkildə dəyişilən linzalar qısa ömürlü olurlar - 1 gündən 3 aya qədər müddətə nəzərdə tutulur. Belə linzalar infeksiya və allergiya fəsadlarının azalmasını təmin edir. Linzaların optik şəffaflığı onların üst qatının təmizliyindən asılıdır. Mütəmadi əvəzləmə zədələnmiş linzaların gəzdirilməsinin də qarşısını alır. Belə linzalar bir neçə cüt satıldığından itirilmə və ya zədələnmə vaxtı ehtiyat linzalardan istifadə etmək olur.
Ənənəvi linzalarda isə zədələnmə pasiyentin gözündə qıcıqlanma doğura bilər. Uzun müddətli istifadə mikroorqanizmlərin toplanmasına da səbəb olur.
Pasiyentlərin əksəriyyəti yumşaq kontakt linzalardan istifadə edirlər, amma bəzi göz xəstəliklərində, məsələn, astiqmatizm, keratokonusda bərk, möhkəm kontakt linzalar məsləhət görülür.
Kontakt linzaları həkim məsləhəti ilə seçmək lazımdır. Linza həkim-oftalmoloqa müraciət edilməklə görmə qabiliyyətinin pozulmasının növü və səviyyəsindən, yaşdan və sağlamlıqdan asılı olaraq seçilməlidir. Bu, çox vacibdir, çünki kontakt linzaların gəzdirilməsinin bir sıra zərərli tərəfləri də var.
Kontakt linzaları gəzdirərkən bir neçə xeyirli məsləhətə əməl etsəniz, rahatlığınızı təmin edərsiniz:
* Hər dəfə linzalarınızı çıxardıqda onları təmizləyin.
* Qarışıqlıq düşməsin deyə əlinizə linzanın birini götürün.
* Linzaları saxlandığı konteynerdən çıxardıqdan sonra işlənmiş məhlulu tullayın, konteyneri isə yuyun və qurulayın.
* Oftalmoloqun linzalarınıza qulluqla bağlı tövsiyələrinə ciddi əməl edin.
* Linzaların dezinfeksiyası və saxlanılması üçün nəzərdə tutulan universal təmizləyici məhlulu adi fizioloji məhlula dəyişməyin. Çünki fizioloji məhlul dezinfeksiya etmək xüsusiyyətinə malik deyil.
* Linzalar həmişə yaxşı vəziyyətdə olmalıdır. Kontakt linzalardakı istənilən zədələnmə onları əvəz etməyi tələb edir.
Linzalardan istifadə edərkən:
1) Linzanı şəhadət barmağınızın ucuna qoyun və linzanın tərs üzünə çevirilməməsinə diqqət edin.
2) Eyni əlinizin orta barmağı ilə alt göz qapağını aşağı dartın.
3) O biri əlinizlə üst göz qapağını yuxarıya doğru dartın və linzanı göz bəbəyinə qoyun.
4) Sonra sakitcə göz qapaqlarını buraxın, gözünüzü qırpın. Linza yerinə oturacaq.
Linzaları çıxararkən:
1) Gözlərinizi yuxarı qaldırın və orta barmağınızla alt göz qapağını aşağı dartın.
2) Şəhadət barmağınızla linzanı bəbəkdən gözün ağına tərəf itələyin.
3) Ehtiyatla böyük və şəhadət barmağınızın arasında linzanı gözdən götürün.
4) Linzanı çıxararaq ovucunuza qoyun.
5) Kontakt linzaların təmizlənməsi üçün nəzərdə tutulan məhluldan bir neçə damcı linzanın üst və alt qatına damızdırın. Digər əlinizlə linzanı 15 saniyə səliqə ilə silin (bu qayda rəngli linzalar üçün nəzərdə tutulmayıb).
6) Təmizləyici məhlulla linzanın hər iki tərəfini yaxşıca yuyun.
7) Linzanı konteynerin uyğun şöbəsinə qoyun, konteyneri təmizləyici məhlulla doldurun və qapağını möhkəm bağlayın.
8) Eyni proseduru linzanın o biri tayı üçün də təkrarlayın.

Linzalar bir qayda olaraq, gündüz gəzdirilmək üçün nəzərdə tutulur. Linzalar səhər qoyulur və yatmazdan əvvəl çıxarılır. Son zamanlar xüsusi linzalar var ki, onları yatarkən çıxarmamaq da olar. Amma uzunmüddətli istifadə sonradan müalicəyə ehtiyacı olan fəsadlara gətirib çıxarır.
Həkimlər linzalarla yatmağı qətiyyən məsləhət görmürlər. Bağlanmış göz qapaqları linzanı əzir və bu da gözün qidalanmasını pozur. Əgər linzalarınızın təlimatında onları yatarkən geymək mümkün olduğu yazılsa belə, bundan qaçmaq lazımdır. Kontakt linzaları gündəlik dezinfeksiya etmək, təmizləmək və xüsusi məhlulda saxlamaq lazımdır. Yaddan çıxarmaq lazım deyil ki, hətta keyfiyyətli, bahalı linzalar belə əbədi deyil. Onları əvəz etmək vacibdir.

Reytinq:
 (səs sayı: 8)
Çap et

Forumda müzakirə et

Dostuna tövsiyyə et

Oxunub: 3430 dəfə

06.02.2012
Ürəyi olmayan insan

03.02.2012
Həkimlər xəbərdarlıq edir: Şəkər siqaret və içki qədər təhlükəlidir

02.02.2012
Komada olan xəstələrin nə demək istədiklərini öyrənmək olacaq?

01.02.2012
Əsəbi insanlar tez kökəlir

01.02.2012
Hər gün qoz yemək insanı cavanlaşdırar

31.01.2012
Süddən müntəzəm istifadə hafizəni saxlamağa kömək edir

27.01.2012
Qrip dioqnozunu daha sürətli müəyyən etmək mümkün olacaq

25.01.2012
Əfqanıstanlı qadın 6 uşaq dünyaya gətirib

24.01.2012
Məktəb dərsi oğlanı xəstə etdi

23.01.2012
Kofe şəkərli diabetdən qoruyur

21.01.2012
Boliviya sakini 16 il bədənində tibbi qayçı gəzdirib

17.01.2012
Qırmızı qabda yemək arıqlamağa kömək edir

16.01.2012
Dikdabanlar xəstəliyinə çarə tapılır

13.01.2012
Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardımı necə göstərməli?

13.01.2012
Xına xərçəngin qarşısını alır

12.01.2012
İnsanı sərxoşluqdan xilas etmənin yolu tapılıb

11.01.2012
2012 ci ilin ən faydalı tərəvəzləri hansılardır?

10.01.2012
Yerimək qaçmaqdan daha yorucudur

09.01.2012
45-49 yaş arasında beyində yaddaş, idrak və qavrama bacarıqları azalır

07.01.2012
Britaniyalı alimlər "Hepatit C" - yə qarşı vaksin hazırlayıblar

06.01.2012
Misirli alimlər xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa nail olublar

05.01.2012
Qadınlar xəstəliklərə qarşı daha dözümsüzdür

04.01.2012
15 dəqiqə idman ömrü uzadır

30.12.2011
Hamiləlik zamanı həddindən çox qırmızı ət qəbul etmək ziyandır

29.12.2011
Yağlı yemək beyni dağıdır

28.12.2011
Alimlər xolesterinin səviyyəsini azaltmaq üçün qoyun ətindən istifadəni məsləhət görürlər

27.12.2011
İpək iynələr vasitəsilə inyeksiyalar ağrısız olacaq

26.12.2011
Əsəb sakitləşdirici dərmanlar narkotik effekti yaradır

23.12.2011
Kompyuterdən və işıqdan düzgün istifadə etməmək sağlamlığa ziyandır

22.12.2011
Az qidalanmaq beyni gənc saxlayır

22.12.2011
İkinci dəfə nigaha girmək ömrü uzadır

21.12.2011
Quş qripi yenidən qayıdır

20.12.2011
Uşaqlıqdan qalan 2 böyük xüsusiyyət

20.12.2011
Siçanlarda yaddaşı möhkəmləndirən gen tapılıb

19.12.2011
Çox şirni yemək insanı vaxtından əvvəl qocaldır

16.12.2011
Ofisdə hansı xəstəliklərə yaxalanma ehtimalı var?

15.12.2011
Mikrodalğalı soba mikrobları məhv edir

15.12.2011
Respublikanın baş pediatrı anaları diqqətli olmağa çağırdı

14.12.2011
Beynin qocalmaması üçün nə etmək lazımdır?

12.12.2011
Pəhriz saxlayaraq cavanlaşın

«    Fevral 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
» Ürəyi olmayan insan
» Qırmızı qabda yemək arıqlama&# ...
» Əsəbi insanlar tez kökəlir
» 2012 ci ilin ən faydalı tərəvə ...
» Dəm qazı ilə zəhərlənm ...
» İnsanı sərxoşluqdan xilas etmə ...
» Xına xərçəngin qarşıs ...
» 45-49 yaş arasında beyində yaddaş, ...
» Yerimək qaçmaqdan daha yorucudur
» Kofe şəkərli diabetdən qoruyur
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.