
Britaniya alimlərinin yeni araşdırması zamanı məlum olub ki, yaddaş pozğunluğu əvvəllər hesab olunduğundan da əvvəl, yəni 45 yaşdan başlaya bilər.
Britaniyanın tibb jurnalında alimlər bildiriblər ki, 7 mindən çox 45-70 yaş arası dövlət qulluqçularının 10 il müddətində əqli bacarıqlarını öyrəniblər.
Araşdırmadan məlum olub ki, 45-49 yaş arasında beyində bir sıra funksiyalar – o cümlədən yaddaş, idrak və qavrama bacarıqları azalır.
Qeyd edək ki, əvvəllər belə sınaqlar əsasən 60 yaşdan yuxarı insanlar üzərində aparılırdı.
/Faktxeber.Com/